Məhkəmə qərarları › İş №e-2(064)-1026/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1026/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1026/2024 20.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********31 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1862,59 AZN, 0,01 manat faiz olmaqla, cəmi 1862,60 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 38,62 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASCilə X6 arasında xx.xx.2021-ci il tarixli, BPM**********31 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №194952 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 19 saylı notariat ofisinin məlumatına əsasən X4 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1862,59 manat əsas və 0,01 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5890/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda 38,62 AZN dövlət rüsumu və 0,40 AZN xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə verərək iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixli, BPM**********31 saylı “kredit müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 24 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı banka hər ay 101,8 manat (sonuncu ay 101,53 manat) borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 banka 1862,6 manat əsas və 0,01 manat faiz borcu vardır. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixində tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən veriliş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri 19 saylı notariat ofisində qeyd olunan şəxsin adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə vərəsə Cavabdeh 1/1 pay üzrə daşınar əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********31 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X5 şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 24 ay müddətinə 2000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 1862,6 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və oğlu Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X4 qızı Cavabdeh X4 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh X3 qalmış əmlakı miras kimi qəbul etmişdir. X4 qızı Cavabdeh X6 öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X4 Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X3 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 38,62 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1862,6 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 1862,6 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 38,62 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar