Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1122/2025 19.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh ) qarşı cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21041” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Skoda Rapid” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİtərəfindən tərtib olunan qərara əsasən “Vaz 21041” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh X3 yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi zərərçəkənə 5530 (beş min beş yüz otuz) manat məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241697 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etdiyini, iddia ərizəsində tələb edilən 5000 manat məbləğlə razı olmadığını, mütəxəssis rəyində qeyd edilən 3030 manat məbləğini hissəsini qəbul edir. Hazırda maddi imkanının zəif olması səbəbindən borcunu ödəyə bilmədiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin PME********** nömrəli icbari sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək "xxxx" Sığorta Şirkəti ASC tərəfindən **-ZN-*** dövlət qeydiyyat nişanlı, Vaz 21041 markalı avtomobil sığortalanmışdır. -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin PME********** nömrəli icbari sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək "xxxx" Sığorta Şirkəti ASC tərəfindən **-CK-*** dövlət qeydiyyat nişanlı, SKODA RAPİD minik markalı avtomobil sığortalanmışdır. -xx.xx.2024-cü il tarixli İAS241697 Sığorta ödənişi aktından görünür ki, **-CK-*** dövlət qeydiyyat nişanlı, SKODA RAPİD minik markalı avtomobilə zərərə görə 5000 manat pul X2 ödənilmişdir. -Rabitəbank tərəfindən həyata keçirilən ödəniş tapşırığından görünür ki, X2 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. -xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, **-CK-*** dövlət qeydiyyat nişanlı, SKODA RAPİD minik markalı avtomobilə 5530 manat maddi zərər dəymişdir. -avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21041” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Skoda Rapid” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. -inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP6615194 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. -AF028600 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ vardır. -nəqliyyat vasitəsinin etibar edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh “Vaz 21041” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi vardır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 3200 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli, 5627 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 200 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21041” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Skoda Rapid” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP6615194 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Cavabdeh hadisə zamanı avtonəqliyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə, cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləğinə uyğun 5000 manat həmin avtomobilin sahibinə ödənilmişdir. İş üzrə aparılmış qiymətləndirilmə nəticəsində isə avtomobilə dəymiş zərərin miqdarının çox olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının arayışı təqdim etdiyi şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasına dair sübutu təqdim etməməsini, eləcə də hazırki iş üzrə qiymətləndirmə aparmış şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasını nəzərə alaraq dəymiş zərərin miqdarını müəyyən edərkən iddiaçının təqdim etdiyi sübutu şübhədən kənar sübut saymır və onu işin həllində mötəbər sübut kimi qəbul etmir və qiymətləndirməni aparmış şəxsin zərərlə bağlı gəldiyi nəticəsini işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və o, hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilə dəymiş zərər isə iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 3030 manat məbləğində pul tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 70,40 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyinin verilməsi üçün 200 manat xidmət haqqı cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh tərtib edilmiş xx.xx.2024-cü il tarixində TP6615194 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətə cəlb olunduğu inzibati xəta hadisəsini törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən yayındığına və bu halı həmin inzibati xəta hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatında etiraf etdiyinə görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi 5000 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, həmin məbləğin mütəxəssis rəyi ilə də çox olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3030 (üç min otuz) manat və dövlət rüsumuna görə 70,40 manat pul tutulub iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına VÖENi:**********, İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB******************** Kapital Bank ASC-in Nərimanov filialı Kod:200093 VÖEN: ********** S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1122/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1122/2025
19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver