Məhkəmə qərarları › İş №e-2(064)-1226/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1226/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1226/2024 16.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdeh X3 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində iddiaçı "xxxx" ASC-nin xeyrinə 23.111.2022-ci il tarixli, CL- EE000673377 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3790,79 AZN, 8,89 manat faiz olmaqla, cəmi 3799,68 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 41,42 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Abşeron filialı ilə X6rasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000673377 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən X4 59 ay müddətinə, illik 19,9 faiz dərəcəsi ilə hesablanmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Füzuli rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3Banka ödənilməmiş 3790,79 manat əsas borcu, vəfat etdiyi tarixə 8,89 manat faiz borcu olmaqla, cəmi 3799,68 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 41,42 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızvıərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda 41,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 Hüseyn qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək və məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək bildirdi ki, mərhum X7 onun əri olub. Həmin krediti mərhumun nə vaxt götürdüyünü və nə üçün xərclədiyini bilmir. Ona ərindən heç bir daşınmaz əmlak miras kimi qalmamışdır. Ərinin iş yerindən verilmiş 1449,52 manat pul məbləğini vərəsə kimi o, oğlu və qızı qəbul etmişlər. Bildirmişdir ki, ancaq həmin pul məbləğini banka ödəyə bilərlər. Həmçinin cavabdehlər etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək və məhkəmə iclasında iddia tələbini qismən edərək bildirdi ki, mərhum X7 onun atasıdır. Həmin krediti mərhumun nə vaxt götürdüyündən xəbəri olmamışdır. Ona atasından heç bir daşınmaz əmlak miras kimi qalmamışdır. Yanlız o, atası rəhmətə gedəndən sonra atasının iş yerindən verilmiş 1449,52 manat pul məbləğini vərəsə kimi qəbul etmişdir. Bildirmişdir ki, ancaq həmin pul məbləğini banka ödəyə bilərlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - iddiaçı "xxxx" ASC ilə X7 arasında xx.xx.2022-ci il tarixli, CL-EE000673377 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 19,9% hesablanması şərti ilə 59 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək iddiaçı banka hər ay 106,81 manat (sonuncu ay 106,11 manat) borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X3 banka 3790,79 manat əsas və 8,89 manat faiz borcu vardır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontorunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən Füzuli rayon notariat kontoru tərəfindən X3 adına vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızı olduğu müəyyən edilmişdir. Həmin vərəsələr hər biri miras əmlakdan 1/3 hissədə miras almışdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli, 11-7/2-2751/2023 saylı məktubuna əsasən 1449,52 manat pul vəsaitindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL- EE000673377 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 19,9% hesablanması şərti ilə 59 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X7 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 3799,68 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızı vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X3 qanun üzrə vərəsəsi qismində Cavabdeh3, Cavabdeh1 və Nağıyeva X5 Hüseyn Sabir oğlu tanınmışdır. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızı X2 qalmış əmlakı, 1449,52 manat pul vəsaitini miras kimi qəbul etmişdir. X3 Cavabdeh3, Cavabdeh1 və Nağıyeva X5 Hüseyn Sabir oğlu öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızından tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X7 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X7 öldüyündən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızı onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızı borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızından tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 41,42 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızından alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızından alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Hüseyn qızından müştərək qaydada 3790,79 manat əsas borc və 8,89 manat faiz borcu olmaqla, cəmi 3799,68 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41,42 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar