Məhkəmə qərarları › İş №e-2(064)-1286/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1286/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1286/2024 16.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızına qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC X1vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı"xxxx" ASC-nin xeyrinə 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə və 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258ACNL2********) 5577,28 manat əsas, 0 manat faiz olmaqla, cəmi 5577,28 manat, kart krediti üzrə 999,21 manat əsas, 18,65 manat faiz olmaqla, cəmi 1017,86 manat, ümumilikdə 6595,14 manat məbləğində kredit borcunun, ödənilmiş 85,78 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmas barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X7rasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə və 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li Kreditmüqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla, 6500 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kart krediti verilmişdir. X3 24 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 16 dekabr 2023-cü il tarixli, 628 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X1adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbuletmişlər. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 07 may 2024-cü və 08 may 2024-cü il tarixli maliyyə arayışlarına əsasən, X5vəfat etdiyi tarixə banka ödənilməmiş nəğd kredit üzrə (referens: 258ACNL2********) 5577,28 manat əsas, 0 manat faiz olmaqla, cəmi 5577,28 manat, kart krediti üzrə (referens: ********************) 999,21 manat əsas, 18,65 manat faiz olmaqla, cəmi 1017,86 manat, ümumilikdə 6595,14 manat borcu qalmışdır. Eyni zamanda 85,78 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 Hüseyn qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 iddia tələbini qismən etiraf etdi və o, bildirdi ki, mərhum X8 onun əri olub. Həmin krediti mərhumun nə vaxt götürdüyünü və nə üçün xərclədiyini bilmir. Ona ərindən heç bir daşınmaz əmlak miras kimi qalmamışdır. Ərinin iş yerindən verilmiş 1449,52 manat pul məbləğini vərəsə kimi o, oğlu və qızı qəbul etmişlər. Bildirmişdir ki, ancaq həmin pul məbləğini banka ödəyə bilərlər. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh2 iddia tələbini qismən etiraf etdi və o, bildirdi ki, mərhum X8 onun atasıdır. Həmin krediti mərhumun nə vaxt götürdüyündən xəbəri olmamışdır. Ona atasından heç bir daşınmaz əmlak miras kimi qalmamışdır. Yanlız o, atası rəhmətə gedəndən sonra atasının iş yerindən verilmiş 1449,52 manat pul məbləğini vərəsə kimi qəbul etmişdir. Bildirmişdir ki, ancaq həmin pul məbləğini banka ödəyə bilərlər. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -iddiaçı "xxxx" ASC ilə X8 arasında 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla, 6500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X5 banka 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə müqaviləsi üzrə 5577,28 manat əsas, 0 manat faiz olmaqla, cəmi 5577,28 manat məbləğində kredit borcu vardır. -20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -ödəniş cədvəlindən görünür ki, 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li müqaviləyə əsasən X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək iddiaçı banka hər ay 201,28 manat (sonuncu ay 201,04 manat) borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X5 banka 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li kredit müqaviləsi üzrə krediti üzrə 999,21 manat əsas, 18,65 manat faiz olmaqla, cəmi 1017,86 manat, ümumilikdə 6595,14 (altı min beş yüz doxsan beş manat 14 qəpik) manat məbləğində kredit borcu vardır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontorunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən Füzuli rayon notariat kontoru tərəfindən X5 adına vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızı olduğu müəyyən edilmişdir. Həmin vərəsələr hər biri miras əmlakdan 1/3 hissədə miras almışdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli, 11-7/2-2751/2023 saylı məktubuna əsasən 1449,52 manat pul vəsaitindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X8 arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə və 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li kredit müqavilələrinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla, 6500 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kart krediti verilmişdir. Lakin borclu şəxs X8 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 6595,14 AZN məbləğində borcu qalmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızı vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X5 qanun üzrə vərəsəsi qismində Cavabdeh1, Cavabdeh2 və Nağıyeva X6 Hüseyn Sabir oğlu tanınmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızı X4 qalmış əmlakı, 1449,52 manat pul vəsaitini miras kimi qəbul etmişdir. X5 Cavabdeh1, Cavabdeh2 və Nağıyeva X6 Hüseyn Sabir oğlu öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızından tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X8 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X8 öldüyündən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızı onun vərəsəsi olduğundan və X4 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızı borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızından tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 85,78 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızından alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızından alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn qızından müştərək qaydada 10 sentyabr 2021-ci il tarixli, BPM**********96 №-li Tamkart çərçivə və 20 iyul 2022-ci il tarixli, BPM**********17 №-li kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258ACNL2********) 5577,28 manat əsas, 0 manat faiz olmaqla, cəmi 5577,28 manat, kart krediti üzrə 999,21 manat əsas, 18,65 manat faiz olmaqla, cəmi 1017,86 manat, ümumilikdə 6595,14 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 85,78 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar