Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1291/2024 25.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X3nun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 04 may 2021-ci il tarixli, BPM**********23 №-li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 №-li kredit müqavilələri üzrə ödənilməmiş nağd kredit üzrə (referens: 258RTL**********) 9125,7 manat əsas, 87,37 manat faiz olmaqla, cəmi 9300,44 manat, kart krediti üzrə (referens: ********************) 226,23 manat əsas, 2,35 manat faiz olmaqla, cəmi 228,58 manat, ümumilikdə 9529,02 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 38,62 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X9 arasında bağlanmış 04 may 2021-ci il tarixli, BPM**********23 №-li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 №-li Kredit müqavilələrinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 9500 (doqquz min beş yüz) manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 300 (üç min) manat məbləğində kart krediti verilmişdir. X2 06 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 16 dekabr 2023-cü il tarixli, 628 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X3nun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 08 may 2024-cü il tarixli maliyyə arayışlarına əsasən X5 vəfat etdiyi tarixə banka ödənilməmiş nağd kredit üzrə (referens: 258RTL**********) 9125,7 manat əsas, 87,37 manat faiz olmaqla, cəmi 9300.44 manat, kart krediti üzrə (referens: ********************) 226,23 manat əsas, 2,35 manat faiz olmaqla, cəmi 228,58 manat, ümumilikdə 9529,02 (doqquz min beş yüz iyirmi doqquz manat 2 qəpik) manat borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən 115,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz verərək bildirmişdir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı onu borclu mərhum əri X5 vərəsəsi olaraq ondan cavabdeh qismində ondan ümumilikdə 9529,02 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 38,62 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, X9 06 sentyabr 2023-cü il tarixdə miokardın aşağı divarının kəskin transmural infarktı səbəbindən ölmüşdür. O, X5 bankdan kredit götürməsindən məlumatı olmayıb, kreditin ödəniləcəyinə görə o, ona zamin durmamışdır. Bundan başqa, qanunvericiliyin tələblərinə görə bankdan sığortalanmış kredit götürən şəxs krediti götürdükdən sonra ölərsə, krediti sığortalayan şirkət şəxsin ölüm haqqında şəhadətnaməsinin təqdim olunduğu təqdirdə şəxsin bankın qarşısındakı öhdəliyini yerinə yetirərək kreditini ödəməlidir. Bu səbəbdən iddiaya etiraz ərizəsi verərək hesab edir ki, iddia tələbə cavab verməli olmayan şəxsə yönəldiyindən rədd edilməlidir. Eyni zamanda qeyd edir ki, iddiaçı bank iddianı cavabdeh hesab etdiyi Cavabdeh yönəltməklə səhv etmişdir. Əslində varis iddia üzrə cavabdeh ola bilməz, çünki kredit sığortalanıb və bu səbəbdən də iddia üzrə cavabdeh qismində sığorta şirkəti qoyulmalı idi. Ona görə də Cavabdeh mülki iş üzrə cavabdeh qismində iştirakına xitam verilməlidir. X3 vəfat edənədək Füzuli rayonu X1 Ailə Sağlamlıq Mərkəzində gözətçi işləyir, iş stajı 20 il təşkil edir və o, hər ay xəstəxanadan 500 manat əmək haqqı alırdı. İşlədiyi müddətdə əmək haqqından hər ay İcbari Tibbi Sığortaya kifayət qədər pul tutulmuş, hal-hazıradək sığorta hesabında müəyyən məbləğdə pul toplanmışdır. Banka olan borcun X5 adından ödəniləcəyi təqdirdə, onun adına toplanmış İcbari Tibbi Sığorta məbləğinin iddiaçının hesabına köçürülməsini istəyir. Bundan başqa, iddiaçı tələbində əsas borca faizlərin hesablandığını göstərmişdir. Bununla bağlı bildirir ki, bankın müəyyən etdiyi aylıq ödəniş məbləği X6 əmək haqqından işlədiyi müəssisə tərəfindən hər ay tutularaq iddiaçının hesabına köçürülmüş, bu səbəblə həmin aylar üzrə əsas borca faizlər hesablana bilməzdi. X9 vəfat etdikdən sonra isə ödəyici həyatda olmadığına görə faizlər hesablana bilməzdi. Ona görə də əsas məbləğə hesablanmış faizlər əsassız olduğundan faizlərin silinməsini istəyir. Məhkəmə iclasında iddia tələbini etiraf etməyərək bildirmişdir ki, mərhum əri X9 bankdan kredit borcu götürmüş, həmin kreditdən onun xəbəri olmamışdır. O, mərhuma məxsus 1167 manat pulu miras kimi qəbul etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh verdiyi ifadəsində mərhum əri X4 0,42 ha torpaq sahəsinin də miras qaldığını bildirsə də, sonuncu məhkəmə iclasında həmin torpaq sahəsinə dair müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, əlavə olaraq bildirmişdir ki, qeyd etdiyi torpaq sahəsi mərhum ərinə deyil, qaynanasına məxsusdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehi dinləyərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki; - iddiaçı "xxxx" ASC ilə X9 arasında 04 may 2021-ci il tarixli, BPM**********23 №-li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 saylı “kredit müqavilələri” bağlanmışdır. Göstərilən kredit müqavilələrinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 23% hesablanması şərti ilə 48 ay müddətinə 9500 AZN məbləğində və 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat kredit kartı verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. - ödəniş cədvəlinə əsasən X9 xx.xx.2021-ci il tarixdən 2025-ci il tarixədək iddiaçı banka hər ay ödəniş cədvəlinə uyğun olaraq borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2021-cü il tarixli maliyyə arayışlarına əsasən X5 banka 04 may 2021-ci il tarixli, BPM**********23 №-li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 №-li kredit müqavilələri üzrə ödənilməmiş nağd kredit üzrə (referens: 258RTL**********) 9125,7 manat əsas, 87,37 manat faiz olmaqla, cəmi 9300,44 manat, kart krediti üzrə (referens: ********************) 226,23 manat əsas, 2,35 manat faiz olmaqla, cəmi 228,58 manat, ümumilikdə 9529,02 manat kredit borcu vardır. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontoru tərəfindən veriliş xx.xx.2023-cü il tarixli məktuba əsasən Füzuli rayon notariat ofisində X5 adına vərəsəlik işi açılmış və vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh onun vərəsəsi müəyyən olunmuşdur. - Füzuli rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X3nun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən əmlak Füzuli Rayon Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli, 36 nömrəli məktuba əsasən 3 aylıq kompensasiyası 1167 manat pul vəsaitindən ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X9 arasında bağlanmış 04 may 2021-ci il tarixli, BPM**********23 №li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X7 şəxsi məqsədlər üçün illik 23% hesablanması şərti ilə 48 ay müddətinə 9500 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X9 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 9529,02 AZN məbləğində borcu qalmışdır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X5 arvadı Cavabdeh X5 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh X4 qalmış əmlakı miras kimi qəbul etmişdir. X5 arvadı Cavabdeh X9 öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsəsi tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsəsi tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Aydındır ki, mövcud qanunvericiliyə əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bəs miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi dedikdə nə başa düşülür? Əvvəla qeyd etmək lazımdır ki, mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinin mətninə görə, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsulla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, cavabdeh vərəsə Cavabdeh birinci növbə vərəsə kimi əri vəfat etdikdən sonra mirasda payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun zamansız olması, başqa sözlə, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnudigər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçünalınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur və birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumiəmlakını təşkil edir. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür. Belə ki, Azərbaycan Respublikası MM-nin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. - 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.3-cü maddəsinə əsasən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. İcbari Tibbi Sığorta icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin etməklə, şəxsin mülki məsuliyyətinin sığortası sayılmadığından, icbari qaydada tibbi sığortalanmış X5 ölümü də kredit öhdəliyi üzrə sığorta hadisəsi sayılmır və cavabdehin etirazında bu barədə bildirdikləri iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər X5 qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X9 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X9 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X4 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 115,14 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 04 may 2021-ci il tarixli, BPM**********23 №-li Tamkart çərçivə və 08 may 2023-cü il tarixli BPM**********45 №-li Kredit müqavilələri üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258RTL**********) 9125,7 manat əsas, 87,37 manat faiz olmaqla, cəmi 9300,44 manat, kart krediti üzrə (referens: ********************) 226,23 manat əsas, 2,35 manat faiz olmaqla, cəmi 228,58 manat, ümumilikdə 9529,02 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 115,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1291/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1291/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver