Məhkəmə qərarları › İş №e-2(064)-1295/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1295/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1295/2024 06.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdeh X4 vərəsələri Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra - cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsində iddiaçı"xxxx" ASC-nin xeyrinə 10 mart 2020-ci il tarixli, BPM**********63 saylı tamkart çərçivə müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258RTL**********) 6814,98 manat əsas, 90,79 manat faiz olmaqla, cəmi 6905,77 manat, kart krediti üzrə (referens: ********************) 1497,22 manat əsas, 361,51 manat faiz olmaqla, cəmi 1858,73 manat, ümumilikdə 8764,5 manat məbləğində kredit borcunun, ödənilmiş 108 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X6 arasında bağlanmış 10 mart 2020-ci il tarixli, BPM**********63 №-li tamkart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 9150 (doqquz min bir yüz əlli) manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 (bir min beş yüz) manat məbləğində kart krediti verilmişdir. X2 30 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 06 dekabr 2023- cü il tarixli, 598 nömrəli məktubu və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işiaçılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 10 may 2024-cü il tarixli maliyyə arayışlarına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə (referens: 258RTL**********) 6814.98 manat əsas, 90.79 manat faiz olmaqla, cəmi 6905.77 manat, kart krediti üzrə (referens: ********************) 1497.22 manat əsas, 361.51 manat faiz olmaqla, cəmi 1858.73 manat, ümumilikdə 8764.5 (səkkiz min yeddi yüz altmış dörd manat 50 qəpik) manat borcu qalmışdır. Cavabdehlər, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı tərəf hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda 108 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X6 arasında bağlanmış 10 mart 2020-ci il tarixli, BPM**********63 №-li tamkart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 9150 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kart krediti verilmişdir. Həmin müqavilələrə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X4 banka 10 mart 2020-ci il tarixli, BPM**********63 saylı tamkart çərçivə müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258RTL**********) 6814,98 manat əsas, 90,79 manat faiz borcu olmaqla, cəmi 6905,77 manat, kart krediti üzrə (referens: ********************) 1497,22 manat əsas, 361,51 manat faiz borcu olmaqla, ümumilikdə 8764,5 borcu vardır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontorunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən Füzuli rayon notariat kontoru tərəfindən X4 adına vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Həmin vərəsələr hər biri miras əmlakdan 1/5 hissədə miras almışdır. Şəhadətnamə verilən miras əmlak: İmişli RQİ və TBŞ tərfindən verilmiş xx.xx.2019-cu il tarixli AD611423 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 5XXGR4A67DG150142 və buraxılış ili 2012-ci olan Kia Optima minik markalı **-NK-***- dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini və borcunu hissəhissə ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış 10 mart 2020-ci il tarixli, BPM**********63 №-li tamkart çərçivə müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 9150 (doqquz min bir yüz əlli) manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 (bir min beş yüz) manat məbləğində kart krediti verilmişdir.Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 8764,5 AZN məbləğində borcu qalmışdır. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X4 qanun üzrə vərəsəsi qismində Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tanınmışlar. Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qalmış əmlakı, 1449,52 manat pul vəsaitini miras kimi qəbul etmişdir. Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mərhum X6 öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun vərəsəsi olduğundan və X1 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4n borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 41,42 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 mart 2020-ci il tarixli, BPM**********63 saylı tamkart çərçivə müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə (referens: 258RTL**********) 6814,98 manat əsas borc, 90,79 manat faiz borcu olmaqla, cəmi 6905,77 manat; kart krediti üzrə (referens: ********************) 1497,22 manat əsas borc, 361,51 manat faiz borcu olmaqla, ümumilikdə 8764,5 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 108 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar