Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1394/2025 27.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun xeyrinə 1764 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh oğlu Nümayəndə qonşusu olaraq tanımışdır. 19 dekabr 2023-cü il tarixdə oğlu Nümayəndə telefon vasitəsilə ona zəng edərək Cavabdeh “Merkuri” Bank olmayan kredit təşkilatında qızıl təminatlı kreditinin olduğunu və növbəti günədək həmin kredit borcu üzrə faiz ödənişlərini tam şəkildə ödəməsə və ya ümumi kredit borcunu bağlanmasa girov qoyulmuş qızıl-zinət əşyalarının satılacağını bildirmiş və həmin borcun bağlanması üçün borc verməyinə köməklik göstərməyini xahiş etmişdir. 19 dekabr 2025-ci il tarixdə Cavabdeh qızıllarını “Merkuri” Bank olmayan kredit təşkilatından ödəniş edərək götürməyi üçün ona etibarnamə vermişdir. Həmin etibarnamə ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh “Merkuri” Bank olmayan kredit təşkilatında 9790 (doqquz min yeddi yüz doxsan) manat borcunu tam həcmdə ödəmiş və cavabdehə məxsus qızıl-zinət əşyalarını təhvil götürmüşdür. “Merkuri” Bank olmayan kredit təşkilatında Cavabdeh 9790 (doqquz min yeddi yüz doxsan) manat borcunu ödəməyi iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzlə təsdiq olunur. Daha sonra həmin qızıl-zinyət əşyaları Cavabdeh geri qaytarılmış, lakin Cavabdeh ona borclu olduğu pulun müəyyən hissəsini geri qaytarsa da, ümumi borcunun 1764 (bir min yeddi yüz altımış dörd) manatını hazırki dövrədək geri qaytarmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı 1764 (bir min yeddi yüz altımış dörd) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, əlavə olaraq işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd edərək bu barədə ərizəsini məhkəməyə ünvanlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə məhkəmə bildirişi (eyni zamanda AZEMİS vasitəsilə sms bildiriş göndərilmişdir) göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi formada baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı formada ərizə verərək işə qiyabi baxılmasına razılığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -********** nömrəli, xx.xx.2023 tarixli qəbzdən görünür ki, Cavabdeh adına olan MR0018794 nömrəli kredit hesabına ödəyici İddiaçı tərəfindən 9600 manat pul ödənilmişdir. -X1 Kredit təşkilatı tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində MR0018794-2023 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh (xx.xx.2030) X1 Kredit təşkilatı tərəfindən ona 9790 manat kredit verilmişdir. Hal-hazırda bu müqavilə üzrə təşkilata olan borc xx.xx.2023 tarixində tam ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, X1 Kredit təşkilatı tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində MR0018794-2023 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh (xx.xx.2030) X1 Kredit təşkilatı tərəfindən ona 9790 manat kredit verilmiş, Cavabdeh “Merkuri” Bank olmayan kredit təşkilatına olan borcu iddiaçı tərəfindən xx.xx.2023 tarixində tam ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin: -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, cavabdehin iddiaçıya 1764 manat məbləğində borcu olduğundan cavabdehdən cəmi 1764 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ıı dərəcəli əlilliyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Füzuli rayonundan məcburi köçkündür və onun bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh cəmi 1764 (bir min yeddi yüz altmış dörd) manat pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1394/2025
Füzuli Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(064)-1394/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver