Məhkəmə qərarları › İş №e-2(064)-1415/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1415/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1415/2025 24.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2345,81 manat pulun və 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1415/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixli 217 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 58-X saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin – OBA Sumqayıt 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4548,48 (dörd min beş yüz qırx səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2345,81 (iki min üç yüz qırx beş manat səksən bir qəpik) manat borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2345,81 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdehnun ünvanına xx.xx.2025-ci il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2016-cı il tarixdən İddiaçındə satıcı kimi işə başlamış, xx.xx.2017-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. İşlədiyi müddət ərzində onun iş fəaliyyətində hər hansı çatışmazlıq və ya kəsr yaranmamışdır. O, iddiaçıya işdən çıxmaq istədiyini bildirdikdən sonra ona əskikgəlmələrin olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış xx.xx.2016-cı il tarixli "xxxx"sindən görünür ki, sonuncu 3 ay müddətinə MMC-də baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi, vəzifə təlimatına (Əlavə 1) uyğun olaraq əmək funksiyalarını icra edir. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər, Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. -xx.xx.2017-ci il tarixli, 217 saylı Əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2017-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 175 manat məbləğində müəyyən edilmişdir. -xx.xx.2017-ci il tarixli X2 görünür ki, əmək müqaviləsinə əlavə və dəyişikliklər edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixindən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 175 manat təyin edilmişdir. -İddiaçı (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli “X4 haqqında müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, işçi, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməsini tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. a) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb olmadan ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; b) işəgötürənin öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır; c) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir; - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. - İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 58-x əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir. Son haqq hesab: İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. Əsas: İşçinin ərizəsi. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, İddiaçı MMC-nin Sumqayıt şəhəri, Koroğlu prospekti, 65-66 ünvanında yerləşən “OBA- Sumqayıt 11(215)” mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb olmadan ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 4548,49 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. - xx.xx.2024-cü il tarixində “OBA-Sumqayıt 11” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, araşdırma sonra nəticə maliyyət qiyməti ilə 4548,49 manat müəyyən edilmiş və həmin akt Cavabdeh tərəfindən imzalanmamışdır. - Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, xx.xx.2024-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsini aparmışlar və üzləşdirmə zamanı 4548,49 manat dəyərində malların əksik gəldiyi müəyyən edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmamışdır. -İddiaçı MMC-nin İnventarizasiya komissiyasına Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, sayımda tam iştirak etmiş sonda mağaza qarşılaşdırma yolu ilə yoxlanılmış, əskik olan miqdarları yoxlamış, tapılan səhvlərə düzəliş edilmişdir. - xx.xx.2025-ci il tarixli İddiaçı MMC-nin sabiq administratoru, Cavabdehnun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 4548,48 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2345,81 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 2345,81 manat təşkil edir. - İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 4548,49 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2345,81 borc qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2025-ci il tarixində İddiaçı MMC-yə olan ümumi borcu 2345,81 (iki min üç yüz qırx beş manat səksən bir qəpik) manat təşkil edir. - Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi iştirak etmiş, məlumat verilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. -İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh baş satıcı vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2017-ci il tarixindən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflər arasındakı əmək münasibətlərinə xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh İddiaçındə əmək funksiyalarını yerinə yetirərkən MMC-yə 4548,48 manat məbləğində ziyan vurmuş, güzəştlər edildikdən sonra isə 2345,81 manat borcu qalmışdır. Ona görə də, iddiaçı cavabdehdən ödənilməmiş ziyanı məhkəmə qaydasında tələb edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi təşkil edir. Həmin maddə də işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Lakin, işin halları yuxarıda qeyd edilən normanın ( maddə 199 “a”) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Belə ki, məhkəmə araşdırması zamanı zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdeh həmin çatışmazlıqlara dair izahat vermədiyindən, ümumiyyətlə həmin aktların cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə tələbinə dair iddiası rədd edildiyindən, iş üzrə ödənilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar