Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1503/2024 12.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdeh (bundan sonra – Cavabdeh) İddiaçının xeyrinə dəymiş 12624 manat maddi zərərin və ödənilmiş 128,4 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02 iyul 2024-cü il tarixdə “KİA CERATO” minik markalı ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (avtomobil) idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Bu barədə Bakı şəhər Xətai rayon DYPŞ YNH inspektoru polis leytenantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Cavabdehin hərəkəti nəticəsində İddiaçıya dəymiş ziyan qüsur aktında 12424 manat müəyyən olunmuşdur. Həmçinin avtomobilə dəymiş zərəri müəyyən etmək üçün servis xidmətinə 200 manat ödəmişdir. Cavabdeh ümumilikdə İddiaçıya 12624 manatdan artıq maddi ziyan vurmuşdur. Cavabdehdən vurduğu maddi ziyanı könüllü ödəməsi tələb olunsa da, heç bir nəticə əldə olunmamışdır. Bundan əlavə İddiaçı hazırki iddia ərizəsini qaldırmaq üçün Füzuli Rayon Məhkəməsinə 128,4 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - xx.xx.2024-cü il tarixdə “KİA CERATO” minik markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (xx.xx.2024-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokolun surəti əsasında); - Yol-nəqliyyat hadisəsi nəticəsində **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” minik markalı avtomobilə ümumilikdə 12424 manat maddi zərər dəymişdir ("xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktının surəti əsasında); - İddiaçı tərəfindən avtomobilə dəymiş zərəri müəyyən etmək üçün servis xidmətinə 200 manat ödəniş edilmişdir ("xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli hesab-faktura əsasında); - Cavabdeh Xətai RPİ-nin DYPŞ-nə verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində “KİA CERATO” minik markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə İ.İsmayılov küçəsində hərəkətdə olarkən sola manevr edən zaman qarşıdan gələn **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” minik markalı avtomobillə toqquşduğunu, hadisə nəticəsində xəsarət alan olmadığını bildirmişdir (xx.xx.2024-cü il tarixli izahatın surəti əsasında); - Cavabdeh hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır (xx.xx.2024-cü il tarixli, 11681 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktın surəti əsasında). - **-VZ-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir (Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi əsasında). Belə olan halda İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdehdən 12624 manat məbləğində pul tutularaq İddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci İddiaçının dövlət rüsumuna görə ödədiyi 128,4 manatdan ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 128,4 manat dövlət rüsumunun əvəzi də Cavabdehə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12624 (on iki min altı yüz iyirmi dörd) manat məbləğində dəymiş zərərin və ödənilmiş 128,4 manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1503/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1503/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver