Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1641/2023 15.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 manat pul vəsaitinin yarısı olan 17.500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, rəsmi olaraq Fizuli rayonu, İnşaatçılar qəsəbəsi, ev 35-də qeydiyyatda olsa da, məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonunda yaşayır. Həmin ünvanda eyni zamanda ünvan 2iş həyat yoldaşı Cavabdeh faktiki olaraq Sabunçu rayonu, Ramana qəsəbəsi 1512 ailəlik qəsəbə,ev 24 mənzil 28-də yaşayır. Cavabdeh ilə rəsmi nikahıdan 2 övladı doğulmuşdur. 2014-cü ilin həyat yoldaşı Cavabdeh ilə rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar. Lakin bu boşanmadan sonra yenidən rəsim nikahda olmasalar da birlikdə yaşamışlar. 22 aprel 2019-cu ildə oğlu X5 rayonu, Nobel prospektində X1 tərəfindən idarə edilən avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. İstintaq dövründə Aqil Babayev barışıq üçün onlar 35.000 manat pul və Xətai rayonu, Araz Novruzov küçəsi 25 q-də yerləşən binanın 3-cü mərtəbəsindən 2 otaqlı mənzil vermişdir. Həmin 35.000 manat pul 30 aprel 2019-cu ildə Azadlıqda prospektində yerləşən notarial kontorun depozit hesabına köçürüldü və həmin hesabdan X2 pulu ona verdi, o, da həmin pulu imza edərək aldı. Pulu götürərkən Anarın ona qızı Gülsümün ona verilməsini xahiş etdiyini bildirdi. O, Anara pulun kimin aldığının heç bir əhəmiyyəti olmadığını və bir ailənin üzvləri olduğunu deyərək buna etiraz etmdi. Bundan sonra o, pulu vermək üçün Anara verdi, Anar da həmin pulu aparıb qızı Gülsümə verdi. Bunu ona Anar yazılı olaraq verdiyi qəbzdə təsdiq etdi. Pulu alan qızı 35.000 manatı anasına verdi. Həyat yoldaşı pulu aldıqdan sonra onun bir hissəsinin dollara dəyişib 14.000 dollar etdi, qalanları isə manatda saxladı və saxlamaq üçün Zərdab rayonunda yaşayan bacısı Aygün Mustafaevaya verdi. Sonralar Aygünün həyat yoldaşı-bacanağı Qənimət Kərimov ona pulun üstünə bir qədər pul qoyub və verilən mənzili də satıb yaxşı mənzil almağı məsləhət görərək səhv etdiklərini bildirdi. Qeyd etdiyi kimi, onlara Aqil 2 otaqlı mənzil də verdilər. Onun dəyəri təxminən 50.000 manata yaxın idi. Həmin mənzili onlar bacanağının oğlu Sədi Kərimovun adına rəsmiləşdirdilər. Qızı ilə ona 2021-ci ilin may ayında Bakı şəhəri, Sabunçu rayonu Ramana Sovxoz 1512-dən 2 otaqlı mənzil verildi. Rəhmətə gedən oğlunun ailəsinə Aybənizlə birlikdə 3 otaqlı mənzil verdilər. Sonradan həyat yoldaşı özbaşına olaraq oğlumun ailəsinə Aqilgil tərəfindən verilmiş 2 otaqlı mənzili qanunsuz olaraq qızı Gülsümün adına keçirmişdir. Ondan həmin mənzil tələb edildikdə və etdiyi hərəkətlərin qanunsuz olduğu, onun həmin mənzilə heç bir aidiyyəti olmadığı bildirildikdə o, Aqilgiln onlara heç bir mənzil vermədiyini dedi. Onun belə deməkdə məqsədi oğlunun ailəsinə verilmiş mənzili ələ keçirmək olmuşdur. Çünki puldan fərqli olaraq həmin mənzilin verilməsində onun ailə üzvlərinin heç bir iştirakı olmamışdır. Aybəniz deyir ki, həmin evi bacısının oğlundan almışdır. O, onun hərəkətlərinin özbaşınalıq olduğunu və oğlu ailəsinə məxsus mənzili ələ keçirdiyini, bununla bağlı aparılan əməliyyatların qanunsuz olduğunu bildirmişdir. Bununla bağlı o, Xətai rayon polis idarəsinə müraciət etmişdir. Polis bölməsində ərizə baxılması sahə müvəkkilinə tapşırıldı. Sahə müvəkkili araşdırma apardı. Lakin həmin ərizə üzrə araşdırmanın nəticəsi barədə məlumat verilmədi. O, təkrar olaraq verdiyi ərizəsində ona qarşı dələduzluq törədildiyini və ailə üzvlərinə barışıq üçün verilən pulun keçmiş həyat yoldaşı tərəfindən ələ keçirildiyini bildirdi. Ərizə üzrə araşdırma aparılaraq 06 dekabr 2021-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar çıxarılaraq mübahisənin mülki qanunvericiliklə tənzimlənilmələ olması barədə ona məlumat verildi. Odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Vəkil əvvəlki məhkəmə baxışı iclasında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının yarısını tələb etdiyi 35.000 manat pul tərəflərin birgə nikahlarından doğulmuş Şamo Ağayevin 22 aprel 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı öldüyünə görə hadisəni törətmiş A.Babayev tərəfindən təzminat kimi ödənilmiş pul vəsaitidir. Həmin vəsait şəxsən cavabdehə verilmişdir və yarısı alınaraq iddiaçıya verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2014-cü ildə İddiaçı boşanmışdır. Lakin buna baxmayaraq qeyri-rəsmi olsa da bir yerdə yaşamışlar. 2019-cu ilin aprel ayında avtoqəza zamanı oğlu Şamo həlak olmuş və hadisəni törədən şəxs təzminat olaraq 35.000 manat pulu ona deyil, sabiq əri İddiaçı vermişdir. Həmin pul onlar birgə yaşadıqları dövrdə xərclənmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından belə anlaşılır ki, İddiaçı Cavabdeh təzminat kimi verilmiş 35.000 manatın birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlak hesab olunaraq bərabər paylara bölünməklə 17.500 manatın ona ödənilməsini tələb etmişdir. Lakin iş materiallarından görünür ki, tərəfər arasında bağlanmış nikah 2014-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş Şamo Ağayevin avtoqəza nəticəsində ölümünə görə təzminat kimi 35.000 manat pul isə 2019-cu ildə verilmişdir. Belə olan halda, 35.000 manat ər-arvadın ümumi birgə mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, İddiaçı 35.000 manat vəsaitin şəxsən Cavabdeh tərəfindən ələ keçirildiyini iddia etsə də bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmin pulu almasını inkar etmiş, əksinə sabiq əri İddiaçı verildiyini və birgə yaşadıqları dövrdə xərcləndiyini bildirmişdir. İddiaçının sübut kimi isnad etdiyi xx.xx.2021-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Cavabdeh 35.000 manat pulu İddiaçılə birgə xərclədiklərini bildirmişdir. Məhkəmə dərhal elə buradaca onu qeyd etməyi zəruri hesab edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.). 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-1641/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1641/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver