Məhkəmə qərarları › İş №e-2(064)-1648/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1648/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1648/2023 06.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 3.674,72 manat məbləğində əsas borc, 117,95 manat məbləğində faiz borcu, 0,21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.792,88 manat məbləğində pulun; xx.xx.2019-cu il tarixli, LM101900523 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 2.453,06 manat məbləğində əsas borc, 78,71manat məbləğində faiz borcu, 0,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.531,81 manat məbləğində pulun; xx.xx.2019-cu il tarixli, LM101900528 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 2.065,41 manat məbləğində əsas borc, 66,28 manat məbləğində faiz borcu, 0,02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.131,71 manat məbləğində pulun və 104,57 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3.674,72 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 3.674,72 manat məbləğində əsas borc, 117,95 manat məbləğində faiz borcu, 0,21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3792.88 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə Bank arasında xx.xx.2019-cu il tarixli, LM101900523 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, LM101900523 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2453.06 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 2453.06 manat məbləğində əsas borc, 78.71 manat məbləğində faiz borcu, 0.04 (04 qəpik) manat məbləğində cərimə borcu, cəmi 2531.81 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə Bank arasında xx.xx.2019-cu il tarixli, LM101900528 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, LM101900528 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2065.41 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 2065.41 manat məbləğində əsas borc, 66.28 manat məbləğində faiz borcu, 0,02 manat məbləğində cərimə borcu, cəmi 2131,71 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında: İddiaçı Ləğv prosesində olan QSC"xxxx" KB-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3674.72 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixə banka 3.674,72 manat məbləğində əsas borc, 117.95 manat məbləğində faiz borcu, 0.21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3792.88 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900523 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2453.06 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 2.453,06 manat məbləğində əsas borc, 78,71 manat məbləğində faiz borcu, 0,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2531.81 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900528 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2065.41 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 2065.41 manat məbləğində əsas borc, 66,28 manat məbləğində faiz borcu, 0,02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.131,71 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onların bank qarşısında öhdəlikləri yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 104,57 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin LƏSF-nin xeyrinə Cavabdeh – xx.xx.2019-cu il tarixli, LM101900532 saylı restrukturizasiya müqaviləsi üzrə 3.674,72 manat əsas borc, 117,95 manat faiz borcu, 0,21 manat cərimə borcu olmaqla, cəmi 3.792,88 manat, xx.xx.2019-cu il tarixli, LM101900523 saylı restrukturizasiya müqaviləsi üzrə 2.453,06 manat əsas borc, 78,71 manat faiz borcu, 0,04 manat cərimə borcu olmaqla, cəmi 2.531,81 manat, xx.xx.2019-cu il tarixli, LM101900528 saylı restrukturizasiya müqaviləsi üzrə 2.065,41 manat əsas borc, 66,28 manat faiz borcu, 0,02 manat cərimə borcu olmaqla, cəmi 2.131,71 manat olmaqla ümumilikdə 8.456,4 manat və 104,57 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar