Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1679/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qaşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 52841 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən onun xeyrinə 38500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında əvvəllər yoldaşlıq münasibətləri olub. 2023-cü ilin avqust ayında cavabdeh ona alver etmək üçün pul lazım olduğunu bildirmişdir. O da aralarında olan yaxın yoldaşlıq münasibətinə görə cavabdehə etibar edərək 2023-cü ilin 21 avqust tarixində 38500 manat, daha sonra isə 2023-cü ilin dekabrında 14341 manat olmaqla, ümimilikdə cəmi 52841 (əlli iki min səkkiz yüz qırx bir) manat borc pul vermişdir. Amma təəssüf ki, cavabdeh həm şifahi, həm də yazılı olaraq verdiyi sözü tutmamış, vədinə xilaf çıxaraq ona borclu olduğu 52841 manat pulu ona ödəməmişdir. Cavabdeh öz əl yazması ilə 38500 manat pulu ondan borc pul almasına dair yazılı şəkildə borcun etirafı barədə qəbz vermişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün o, cavabdehlə olan əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmişdir. Cavabdehdən borcunu ödənilməsi telefon danışığı ilə, vatsap sosial şəbəkələri üzərindən olan danışıqlarla tələb edilsə də, danışıqlar heç bir nəticə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini azaldılmış həcmdə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh onun xeyrinə 38500 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə olan qəbzdə qeyd olunur: “mən Cavabdeh yazaraq bildirirəm ki, İddiaçı ilə tanışlığım illər öncə olub, bir-birimizi çoxdan tanıyırıq. Bir yerdə yaşamışıq, sonralar mən alver eləməyə başladım. İddiaçılə görüşüb alver elədiyimi dedim və mənə pul lazım olduğunu dedim.xeyli söhbət etdikdən sonra məndən nə vaxt qaytaracağımı soruşdu.mən 5 aya qaytaracağıma söz verdim.Aramızda olan pul məbləği 38500 manat pul oldu. Aldığım pulu qaytaracağıma söz verdim.Özüm yazdım, heç bir təsir olmadı, imzamla təsdiq edirəm. Yazımı vəsiqəmin surəti ilə təsdiq edirəm. Borcumu qaytarmadığım halda məsuliyyətə cəlb olunmağa hazıram.” İmza var. Cavabdeh. - iddiaçı tərəfindən təqdim edilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən cavabdehə məxsus +994 50 338 69 69 telefon nömrəsinə əlaqələndirilmiş vatsap yazışmalarından görünür ki, iddiaçı dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etmiş cavabdeh isə : “Salam, ayın 15-dən işdiyirəm, 15-i maaş alan kimi vərəcəm, Allah haqqı” “Bu qədər gözləmisən, səbrli ol, xəcalətindən çıxacam.” (xx.xx.2024 tarixli yazışma); “Ayın 20-si məhkəmədi, mən gəlməyəcəm, sənlə üzbəüz gəlmək istəmirəm, bilirəm mənim Allahım səni yola gətirəcək, ona görə ki, sən Allahı tanıyan oğlansan. Məhkəmədə görüşək, yoxsa belə görüşək.” Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 21 avqust 2023-cü il tarixdə cavabdehə 38500 manat dəyərində pulu aralarında hər hansı müqavilə olmadan öhdəlikdən kənar qaydada vermişdir. Nəticədə də cavabdeh iddiaçının hesabına həmin pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, əsassız varlanan şəxs məhrum olanın tələbi ilə əldə etdiklərinin hamısını məhrum olana qaytarmağa borclu olduğundan iddia təmin edilməli, Cavabdeh 38500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan və Cavabdeh isə Füzuli rayonundan məcburi köçkündür, onların bu statusu qüvvədədir və bununla da onlar dövlət rüsumu ödəməkdən azaddırlar. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 38500 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 38500 (otuz səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1679/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1679/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver