Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1752/2023 22.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçıASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh ümumilikdə 404,41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyirinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rabitəbank» ASC-nin nümayyəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
1. İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Horadiz şəhəri Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Yaşar Həşimov