Məhkəmə qərarları › İş №e-2(064)-176/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-176/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-176/2025 18.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC X3 qızının vərəsəsi Cavabdeh İddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsinə əsasən 3745,19 manat əsas, 40,07 manat faiz olmaqla, cəmi 3785,26 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 64,35 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X3 qızı arasında xx.xx.2021-ci il tarixli, BPM**********02 saylı tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 qızına 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6060 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X3 qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Füzuli rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 qızının mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 3745,19 manat əsas, 40,07 manat faiz borcu qalmışdır. Cavabdeh X3 qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, BPM**********02 saylı tam kart çərçivə müqaviləsinə əsasən müəyyən olunur ki, X3 qızına şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 48 ay müddətinə 6060 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X3 qızı krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışı əsasında müəyyən olunur ki, X3 qızının banka xx.xx.2021-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsinə əsasən 3745,19 manat əsas, 40,07 manat faiz olmaqla, cəmi 3785,26 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı “Asan Xidmət” X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surəti əsasında müəyyən edilir ki, X3 qızı xx.xx.2023cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 qızının vərəsəsi bacısı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ... xx.xx.2023-cü il tarixli, 3-17-1/2-223254\2023 nömrəli məktuba əsasən cəmi 7096,69 manat dəyərində pul vəsaitindən ibarətdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X3 qızı arasında xx.xx.2021-ci il tarixli, BPM**********02 saylı Kredit müqaviləsinə əsasən X3 qızına 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6060 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X3 qızı öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə onun banka ümumilikdə xx.xx.2021-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsi üzrə 3785,26 manat kredit borcu qalmışdır. Borclu X3 qızı xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bacısı Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Cavabdeh X3 qızından qalmış əmlakı miras kimi qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən Məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə X3 qızının vərəsəsi qismində tanınmış Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən Məhkəmə hesab edir ki, X3 qızı müqavilə əsasında İddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini İddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X3 qızı öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X3 qızından miras qalmış əmlaka vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən, həmçinin məhkəmə iclasınin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış vərəsə hesab olunan borclunun miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edən xüsusatları Məhkəməyə təqdim etmədiyindən, bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək kredit borcu Cavabdeh tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 64,35 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********02 nömrəli kredit müqaviləsinə əsasən 3745,19 manat əsas, 40,07 manat faiz olmaqla, cəmi 3785,26 manat kredit və ödənilmiş 64,35 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının əvəzi tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar