Məhkəmə qərarları › İş №e-2(064)-178/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-178/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-178/2025 24.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid olunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçının xeyrinə 7865,56 manat maddi zərərin və ödənilmiş 99,06 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində **-LO-*** DQN-lı “TOYOTA-PRİUS” markalı avtomobilin sürücüsü Cavabdeh Q.Qarayev prospektində hərəkətdə olarkən Özbəkistan küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığında hərəkəti davam etməklə yolayrıcını keçmə qaydalarını pozaraq İddiaçı MMC-yə məxsus **-JH-*** DQN-lı “X3” markalı avtobusu qabaq sol hissədən vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i zamanı Cavabdeh xəsarət aldığı üçün hadisə yerinə Nizami RPİ-nin aidiyyatı əməkdaşı cəlb edilmiş və müvafiq təhqiqat araşdırmaları aparılmışdır. Araşdırmanın nəticəsi olaraq cavabdeh barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərar çıxarılmış və cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində Nizami RPİ-nin DYPŞ-nin polis kapitanı X1 tərəfindən xx.xx.2023- cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar verilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 08 (səkkiz) ay müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 10708 saylı Zərər Aktına əsasən **-JH-*** DQN-lı avtobusa 12865.56 (on iki min səkkiz yüz altmış beş manat 56 qəpik) manat maddi zərər dəymişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-LO-*** DQN-lı “TOYOTA- PRİUS” markalı avtomobilinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 12865.56 (on iki min səkkiz yüz altmış beş manat 56 qəpik) manat zərərdən 5000 (beş min) manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 7865.56 (yeddi min səkkiz yüz altmış beş manat 56 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün Cavabdeh tərəfindən təşəbbüs göstərilməmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olmadlqlarını bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş ziyan aktında göstərilən detallardan bir neçəsi sağlam olduğu halda həmin detalların dəyəri və detalların quraşdırılması üçün xidmət xərcləri şişirdilmiş formada qeyd edilib. Belə olan halda ekspertiza keçirilməsini və dəymiş zərərin miqdarının dəqiq müəyyən edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etdi və iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: AC 353951 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında müəyyən olunur ki, **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. Nizami Rayon Polis İdarəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Q.Qarayev prospektində hərəkətdə olarkən Özbəkistan küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığında hərəkəti davam etməklə yolayrıcını keçmə qaydalarını pozaraq İddiaçıya məxsus **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtobusu qabaq sol hissədən vurmuş, bununla da AR İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10708 nömrəli Zərər Aktı əsasında müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı nəqliyyat vasitəsinə dəymiş zərər, ümumilikdə 12865,56 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığının surəti əsasında müəyyən olunur ki, **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin 5000 manat məbləği "xxxx" ASC tərəfindən ödənilmişdir. ********** nömrəli mədaxil qəbzi əsasında müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət nəfinə 99,06 manat məbləğində dövlət rüsumu ödəmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-178/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparmaq məqsədi ilə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması "xxxx" MMC-yə həvalə edilmiş, mütəxəssis qarşısında İddiaçı MMC-nin əmlakına məxsus **-JH- *** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtobusa vurulmuş zərərin məbləği manatla nə qədər təşkil edir?” sualı qoyulmuşdur. "xxxx" MMC-nin UNİ/50-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında müəyyən olunur ki, İddiaçı MMC-nin əmlakına məxsus **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtobusa vurulmuş zərərin məbləği 7610 manat təşkil edir. Həmçinin "xxxx" MMC-nin müəyyən etdiyi minimum xidmət haqqı cədvəlinə müvafiq olaraq xidmət haqqı müvafiq olaraq 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləki, Cavabdehin mülki hüquq pozuntusu törətməsi “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarda öz əksini tapmış Cavabdehin izahatından müəyyən edilir. Məhkəmə İddiaçı tərəfindən təqdim olunan ziyan aktını mötəbər sübut olaraq qəbul etmir. Belə ki, İddiaçı tərəfindən təqdim olunan fotoşəkillərə baxış keçirilən zaman dəymiş ziyanın ziyan aktında göstərilən məbləğdən az olduğu müəyyən edilmişdir. Dəymiş ziyanla bağlı yenidən qiymətləndirmə aparılmış və "xxxx" MMC-nin UNİ/50-324/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi əsasında məlum olunmuşdur ki, İddiaçı MMC-yə məxsus **-JH-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı avtobusa sözügedən hadisə nəticəsində Cavabdeh tərəfindən vurulmuş zərərin məbləği 7610 manat təşkil edir. Dəymiş ziyanla bağlı "xxxx" MMC tərəfindən verilmiş rəy daha inandırıcı və lisenziyalı təşkilat tərəfindən verildiyindən Məhkəmə həmin rəyi mötəbər sənəd hesab edərək iddia tələbinin əsası kimi qəbul edir. Məhkəmə hadisə nəticəsində dəymiş zərərin 5000 (beş min) manat məbləğinin "xxxx" ASC tərəfindən qarşılanmasını nəzərə alarq hesab edir ki, yerdə qalan 2610 manat ( 7610 manat -5000 manat =2610manat ) məbləğ Cavabdehə aid edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 32,87 manat dövlət rüsumunun əvəzinin Cavabdehdən tutulmasını əsaslı hesab edir. Bununla yanaşı aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri də Cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, filialın kodu:201296 SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2610 manat və ödənilmiş dövlət rüsumuna görə 32,87 manat alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesabı: AZ37NABZ********************, filialın kodu:201296 SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar