Məhkəmə qərarları › İş №e-2(064)-182/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-182/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-182/2025 13.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 13170,81 manat, faiz borcuna görə 931,99 manat, cərimə borcuna görə 46,78 manat olmaqla, cəmi 14149,58 manat məbləğində pulun və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus 2010-cu il buraxılışlı, Qara metallik rəngli, ban KMHCM41VBAU528458 olan, ** BH *** qeydiyyat nişanlı, Hyundai VERNA markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixli nzaz13543 saylı kredit müqaviləsi üzrə cəmi 14149,58 manat məbləğində pulun və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli nzaz13543 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlərdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Nizami” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2024-cü il tarixinə Cavabdeh3 xx.xx.2023-cü il tarixli nzaz13543 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kreditə görə 13170,81 manat, faiz borcuna görə 931,99 manat, cərimə borcuna görə 46,78 manat olmaqla, borcun cəmi məbləği 14149,58 manat təşkil edir. xx.xx.2023-cü il tarixli nzaz13543 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 məxsus 2010-cu il buraxılışlı, Qara metallik rəngli, ban KMHCM41VBAU528458 olan, ** BH *** qeydiyyat nişanlı, Hyundai VERN markalı nəqliyyat vasitəsinin iddiaçı "xxxx" ASC-nin “Nizami” filialı qarşısında xx.xx.2023-cü il tarixli nzaz13543 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Eyni zamanda, "xxxx" ASCnin Nizmai filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən Borclu, Bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün Zamin və Borclu eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bununla əlaqədar zaminlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nzaz13543 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Müqavilənin 2.3.2-ci bəndinə əsasən Bank borc alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borc alanın müqavilə üzrə banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsi, xx.xx.2023-cü il tarixli nzaz13543 saylı İpoteka müqaviləsi, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi, xx.xx.2024-cü il tarixli bildiriş, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, ödəniş qrafiki və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsi üzrə 13170,81 manat əsas, 931,99 manat faiz, 46,78 manat cərimə borcu olmaqla, cəmi 14149,58 manat məbləğində pulun əvəzi İddiaçının xeyrinə tutulmalı; tutma Cavabdeh3 mülkiyyətində olan 2010-cu il buraxılışlı, Qara metallik rəngli, ban KMHCM41VBAU528458 olan, ** BH *** qeydiyyat nişanlı, Hyundai VERN markalı avtomobilə yönəldilməli; avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği İddiaçıya ödənilməli və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulmalıdır. MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 133 manat dövlət rüsumunun əvəzinin də cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, nzaz13543 saylı kredit müqaviləsi üzrə 13170,81 manat əsas, 931,99 manat faiz, 46,78 manat cərimə borcu olmaqla, cəmi 14149,58 manat məbləğində pulun və ödənilmiş 133 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan 2010-cu il buraxılışlı, Qara metallik rəngli, ban KMHCM41VBAU528458 olan, ** BH *** qeydiyyat nişanlı, Hyundai VERN markalı avtomobilə yönəldilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar