Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1919/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehdən 200 manat məbləğində pulun və ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mitsubishi Pajero” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Mitsubishi Pajero” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən tərtib olunan Qərara əsasən “Mitsubishi Pajero” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi “Mitsubishi Pajero” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 (iki yüz) məbləğində maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241474 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 200 (iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki: - sığortalı X1 mülkiyyətində olan “Mitsubishi Pajero” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024 il tarixədək icbari sığorta növündə sığortalanmışdır (xx.xx.2023-cü il tarixli, PME********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən); - Cavabdeh İXM-nin 332.1, 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir (xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən); - göstərilən hadisə nəticəsində “Mitsubishi Pajero” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc cəmi 200 (iki yüz) manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətinə əsasən); - “Mitsubishi Pajero” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə "xxxx" ASC tərəfindən 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən X2 200 manat ödəniş edilmişdir (İAS241474 nömrəli sığorta aktı və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətlərinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli “İcbari sığorta müqaviləsinə dair məlumat” əsasında müəyyən edilir ki, Cavabdehin idarə etdiyi “Mitsubishi Pajero” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024 il tarixədək icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən “Mitsubishi Pajero” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər vurulmuşdur. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında müəyyən olunur ki, hadisə nəticəsində Cavabdeh İXM-nin 332.1, 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 284-1-284-6, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 200 manat və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1919/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1919/2024
07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver