Məhkəmə qərarları › İş №e-2(064)-1926/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1926/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1926/2025 29.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) cavabdeh X3 vərəsəsi Cavabdeh (bundan sonra cavabdeh) qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5067,95 manat əsas borcu, 50,06 faiz borcu olmaqla, cəmi 5118,01 manat borc, ödənilmiş 71,18 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixli BPM**********99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 18 %-lə, 48 ay müddətinə 7000 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2024-cüi il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X5 banka ödənilməmiş nəğd kredit üzrə 5067,95 manat əsas borcu, vəfat etdiyi tarixə 50,06 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı tam qəbul edərək bildirmişdir ki, mərhum X7 onun arvadıdır, o, bankdan kredit götürmüşdür. O, arvadının qanun üzrə vərəsəsidir. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu tam ödəyə bilmir, lakin borcunu hissə-hissə ödəyəcəkdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -iddiaçı "xxxx" ASC ilə X8 arasında xx.xx.2023-cü il tarixli BPM**********99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 18 %-lə, 48 ay müddətinə 7000 manat nəğd kredit verilmişdir. -ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək iddiaçı banka hər ay 205,63 manat (sonuncu ay 205,17 manat) borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. -maliyyə arayışından görünür ki, X3 banka 5067,95 manat əsas və 50,06 faiz borcu olmaqla, cəmi 5118,01 manat borcu vardır. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon notariat kontorunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən Füzuli rayon notariat kontoru tərəfindən X3 adına vərəsəlik işi açılmış və vərəsəsi əri Cavabdeh olduğu müəyyən edilmişdir. Həmin vərəsə miras əmlakdan tam hissədə miras almışdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən verimiş 11-7/2-2689/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən 3562,80 manat vasitəsindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASCilə X8 arasında xx.xx.2023-cü il tarixli BPM**********99 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X6 illik 18 %-lə, 48 ay müddətinə 7000 manat nəğd kredit verilmişdir. X8 xx.xx.2024-cüi il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X5 Banka ödənilməmiş nəğd kredit üzrə 5067,95 manat əsas borcu, vəfat etdiyi tarixə 50,06 manat faiz borcu qalmışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X3 qanun üzrə vərəsəsi qismində Cavabdeh tanınmışdır. Cavabdeh qalmış əmlakı, 3562,80 manat pulu miras kimi qəbul etmişdir. X3 öldüyü zaman Cavabdeh onun mülkiyyətində olmuş daşınar əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X7 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X7 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 71,18 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5067,95 manat əsas borc və 50,06 faiz borcu olmaqla, cəmi 5118,01 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,18 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar