Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2050/2023 26.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 19303,65 manat əsas və 1472,39 manat faiz borcu, 10 fevral 2023-cü il tarixli “Tam kart” müqaviləsi üzrə yaranmış 299,05 manat əsas və 34,72 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 153,33 manat olmaqla, cəmi 21263,14 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehə aralarında bağlanmış 10 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 19700 manat, 10 fevral 2023-cü il tarixli “Tam kart” müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 300 manat məbləğində pulu kreditlə vermişdir. İddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini tam icra etməmiş, nəticədə sonuncunun ona 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 19303,65 manat əsas və 1472,39 manat faiz borcu, “Tam kart” müqaviləsi üzrə 299,05 manat əsas və 34,72 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 21109,81 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 153,33 manat məbləğində pul ödəmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizəsində iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin qeydiyyatda olduğu Füzuli rayonu, Əhmədalılar kəndinə göndərilmiş məhkəmə bildirişi poçt orqanı tərəfindən məhkəməyə qaytarıldığına və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatda cavabdehin 28 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxdığı, bundan sonra Azərbaycan Respublikası ərazisinə daxil olmadığı göstərildiyinə görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən iş üzrə sonuncu məhkəmə bildirişi cavabdehə və ya yetkinlik yaşına çatmış ailə üzvünə təqdim edilməsi üçün Füzuli Rayon İcra Hakimiyyəti başıçısının Əhmədalılar kənd İƏD üzrə nümayəndəliyinə göndərilmişdir. Həmin nümayəndəlik tərəfindən məhkəməyə qaytarılmış sonuncu məhkəmə bildirişindən görünür ki, bildiriş 12 dekabr 2023-cü il tarixdə cavabdehin anasına imza etdirilməklə təhvil verilmişdir. Məhkəmə bu səbəbdən Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə rəsmi qaydada verildiyi barədə nəticəyə gəlir. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi, əlavə edilmiş ödəniş cədvəli, məxaric orderi, “Tam kart” müqaviləsi, bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma, cavabdehin borcu haqqında maliyyə arayışları, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir, buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi və “Tam kart” müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 19303,65 manat əsas və 1472,39 manat faiz borcu, 10 fevral 2023-cü il tarixli “Tam kart” müqaviləsi üzrə yaranmış 299,05 manat əsas və 34,72 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 153,33 manat olmaqla, cəmi 21263,14 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-2050/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2050/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver