Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2052/2023 28.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" ASC kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsi üzrə ödənilməmiş nəğd kredit üzrə 3.012,55 manat əsas borc, 0,03 manat faiz borcu olmaqla, cəmi 3.012,58 manat məbləğində kredit borcunun, ödənilmiş 50,13 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “İmişli” filialı ilə X4 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.700 manat məbləğində nəğd kredit verilmişdir. X114 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş 30 iyun 2023- cü il tarixli, 279 nömrəli məktub və 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “İmişli” filialı tərəfindən təqdim edilmiş 28 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş nəğd kredit üzrə 3.012,55 manat əsas, 0,03 manat faiz olmaqla, cəmi 3.012,58 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də,cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, BPM**********13 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Q.Namazova 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.700 manat məbləğində kredit verilmişdir. Borclu Q.Namazov 14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müqavilə üzrə borclu Q.Namazovun vəfat etdiyi tarixə banka 3.012,55 manat əsas, 0,03 manat faiz olmaqla, cəmi 3.012,58 manat borcu qalmışdır. Füzuli rayon notariat ofisi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhum Q.Namazovun qanun üzrə vərəsəsi olan Cavabdeh1 2/3 hissədə və Cavabdeh2 1/3 hissədə mərhumdan qalan miras əmlakı qəbul etmişlər. Miras əmlak isə 1.460,09 manatdan ibarətdir. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə olan halda, cavabdeh-vərəsələrin məsuliyyətləri qəbul etdikləri mirasın həcmi ilə məhdudlaşmaqla Cavabdeh1 (1.460,09 manatın 2/3 hissəsi 973,39) 973,39 manat, Cavabdeh2 (1.460,09 manatın 1/3 hissəsi 486,69) 486,69 manat tutulahar iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə iddia tələbini qismən təmin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 aprel 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 50,17 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə AR MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 50,17 manat dəyərində məhkəmə xərcinin ödənilmiş tələbin məbləğinə münasib olmaqla, (iddia tələbi 3.012,58 : təmin olunmuş hissəsi 1.460,08 manat = 2.06, 50,17 manat : 2.06 = 24.35) 24.35 manat hissəsi cavabdehlərdən (qəbul etdikləri miras əmlakın həcminə mütənasib şəkildə) tutulmalı, qalan (50,17 – 24,35 = 24,82) 25,82 manat hissəsi isə iddiaçıya aid olunmalıdır. Beləliklə də, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 973,39 manat və Cavabdeh2 486,69 manat tutulsun. İş üzrə ödənilmiş 50,17 manat dövlət rüsumunun (24.35 x 2/3 = 16,23) 16,23 manatı Cavabdeh1, (24.35 x 1/3 = 8,12) 8,12 manatı Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 25,82 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-2052/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2052/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver