Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2057/2025 25.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. İddiaçı Məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Məhkəmə hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürməsinə dair ərizə ilə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin İddiaçı tərəfindən ödənilmiş 157,30 manat məbləğində dövlət rüsumunun əvəzi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 170.1, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 157,30 manat dövlət rüsumunun əvəzi İddiaçıya geri qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-2057/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2057/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver