Məhkəmə qərarları › İş №e-2(064)-207/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-207/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-207/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə” verdiyi iddia tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən subroqasiya hüququ əsasında əsasında vurulmuş zərərə görə 1260 manat və ödənilmiş dövlət rüsumuna görə 32,60 manat olmaqla, cəmi 1292,6 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “ZİL 130 80 YÜK” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək iddiaçı tərəfindən icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh 30 dekabr 2020-ci il tarixdə həmin avtomobili sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Koroğlu stansiyası istiqamətində idarə edərkən idarəetməni itirmiş, nəticədə həmin avtomobilin ön hissəsi qarşı tərəfdə olmuş, X2 idarə etdiyi “Chevrolet Lacetti minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Buna görə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 yanvar 2021-ci tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli qiymətləndirmə aktına əsasən həmin hadisə zamanı sonuncu avtomobilin zədələnməsi nəticəsində sahibi X3 vurulmuş maddi ziyana görə 26 yanvar 2021-ci il tarixdə 1300 manat məbləğində pul ödəmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 40 manat məbləğində pul ödənilmişdir. Beləliklə də, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - sığortalı X1 mülkiyyətində olan “ZİL 130 80 YÜK” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən 21 oktyabr 2020-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (21 oktyabr 2020-ci il tarixli, PXA********** nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən). - cavabdeh 30 dekabr 2020-ci il tarixdə “ZİL 130 80 YÜK” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Koroğlu stansiyası istiqamətində idarə edərkən idarəetməni itirmiş, nəticədə həmin avtomobilin ön hissəsi qarşı tərəfdə olmuş “Chevrolet Lacetti minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır (“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 yanvar 2021-ci tarixli qərarın surətinə əsasən). - göstərilən hadisə nəticəsində “Chevrolet Lacetti minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc cəmi 1300 manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli, 122 nömrəli qiymətləndirmə aktının surətinə əsasən). - sığortaçı iddiaçı göstərilən inzibati xəta nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün “Chevrolet Lacetti minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 adına açılmış bank kartının hesabına 26 yanvar 2021-ci il tarixdə 1300 manat məbləğində pul ödəmişdir (PXA 7700 nömrəli sığorta aktı, “Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı” və “Kart hesabından çıxarış”ın surətlərinə əsasən). - cavabdeh həmin sığorta ödənişinə görə iddiaçının bank hesabına 40 manat məbləğində pul ödəmişdir (03 fevral 2021-ci il tarixli qəbzin surətinə əsasən) Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 30 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Koroğlu stansiyası istiqamətində idarə etdiyi “ZİL 130 80 YÜK” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin qarşı tərəfdə olmuş “Chevrolet Lacetti minik” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmasından ibarət hadisəni sürücülük vəsiqəsi olmadığına görə idarə etmə hüququ olmadan törətdiyinə, beləliklə də, baş vermiş həmin sığorta hadisəsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə olduğuna görə iddiaçının həmin hadisəyə görə zərər dəymiş X3 ödədiyi 1300 manat məbləğində pulun qalan 1260 manat hissəsini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 1260 manat, dövlət rüsumuna görə 32,60 manat olmaqla, cəmi 1292,6 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar