Məhkəmə qərarları › İş №e-2(064)-2204/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2204/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2204/2025 21.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, 3-cü dalanda yerləşən 7 saylı evin 6-cı saylı, 3 otaqlı 62,44 kv.m mənzilə görə dəymiş 34.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, dalan 3, bina 7, mənzil 6-da yerləşən 3 otaqlı, 62,44 kvadrat mənzil sahəsində gördürdüyü təmir işlərinə və həmin mənzildən əlavə 7 nömrəli binanın kanalizasiya xəttinin çəkilməsinə görə hazırkı bazar qiyməti ilə çəkdiyi 34.000 manat pulun və vəkil xidmətinə görə ödədiyi 400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı mənzilin qanunsuz sahiblikdən geri alınmasına dair və mənzildən çıxarılmasına dair iddia tələbi təmin edilmiş və onun ailə üzvlərinə birlikdə Füzuli rayonu Horadiz şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda yerləşən 7 saylı evin 6-cı saylı mənzilindən çıxarılmağı təmin edilmiş, onun Cavabdeh X5, Şahid1 və digərlərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia tələbim rədd edilmişdir. Həmin qətnamədən aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş və kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, o və ailə üzvləri mübahisəli mənzildən çıxarılmışdır. Lakin buna baxmayaraq yaşadığı mənzili onlar cavabdehin mərhum atası Ramiz Mehrəliyevdən həmin dövr üçün, yəni təxminən 22 il öncə (iş məhkəmədə olarkən 18 il öncə) 1800 (bir min səkkiz yüz) manat ödəməklə əldə etmiş və daha sonra mənzildə yaşadığı müddətdə öz vəsaiti hesabına kifayət qədər təmir işləri görüb, ümumilikdə 3 otaqlı 62,44 kv.m mənzilin əlimizdən çıxması nəticədə onlara hazırki bazar qiyməti ilə 34.000 (otuz dörd min) manat məbləğində ziyan vurulmuşdur. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda bildirir ki, cavabdehin mərhum atasına mənzili əldə etmək üçün verdiyi pul məbləğini sağlığında mərhum özü etiraf etmiş və bunu təsdiq edən audio yazılar mövcuddur. Hazırki iş üzrə cavabdeh mərhum X2 1-ci növbəli vərəsəsi olduğuna görə onun öhdəlikləri üçün cavabdeh olan şəxsdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Füzuli rayonunun Horadiz şəhəri, 20 Yanvar küçəsi, dalan 3-də yaşayan Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda yerləşən 7 saylı evin 6-cı saylı, 3 otaqlı 62,44 kv.m. mənzilə görə dəymiş 34.000 (otuz dörd min) manat pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi qaldırmışdır. İlkin iddia tələbində Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda yerləşən 7 saylı evin 6-cı saylı, 3 otaqlı 62,44 kv.m. mənzilə görə dəymiş 34.000 (otuz dörd min) manat pulun tutularaq ona ödənilməsini göstərmişdir. Hal-hazırda iddia tələbini aşağıdakı şəkildə dəqiqləşdirir. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatdadır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Ərşad Əhmədov küçəsi bina-1, mənzil-306-da yaşayır. Füzuli rayonunun Horadiz qəsəbə sakini X4 əvvəllərdən tanıyırmış. Məcburi köçkün olduğu vaxt X7 qəsəbəsində yerləşən iddia ərizəsində göstərdiyi ünvanda yerləşən 3 otaqlı evi ona 2004-cü ilin avqust ayında 1800 manata satmışdır. Ramiz Mehrəliyevlə evin alqısatqısından ötrü Ramizin adına daşınmaz əmlakdan özü çıxarış almış bundan sonra Ramizlə aralarında olan alqı-satqını rəsmiləşdirməkdən ötrü notariat orqanına getməli imiş. Lakin müxtəlif bəhanələrlə Ramiz evin notariusda sənədləşdirilməsi üçün gəlməmişdir. Ramiz Mehrəliyevdən pul verib aldığı həmin mənzili yenidən təmir etdirmişdir. Təmir zamanı Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, dalan -3, bina -7, mənzil 6da yerləşən 3 otaqlı, 62,44 kvadrat mənzil sahəsində gördürdüyü təmir işlərindən əlavə 7 nömrəli binanın kanalizasiya xəttini də təmir etdirmişdir. Təmiri aparan Sulduz adlı usta olmuşdur. Sulduz Horadiz şəhərində yaşayır. Ramizin ona satdığı evi istifadəyə yararlı hala gətirmək üçün həmin vaxt gördüyü təmir işlərinə xeyli xərc çəkmiş, bununla bağlı o, ekspertə müraciət edəndən sonra ekspert çəkdiyi xərcin və həmin mənzilin hazırkı qiymətinin cəmi 34000 manat olduğu barədə rəy vermişdir. Qeyd etdiyi kimi Ramiz sonradan xəstələnmiş, o, həmin vaxtlarda evi sənədləşdirmək üçün etdiyi cəhdlər heç bir nəticə verməmişdir. 2020-ci ildə Ramizin oğlu Heydər onu çağırmış, onun, yəni Ələddinin Horadız şəhərində özü üçün ev almasına görə 6000 manat pul təklif etmiş, o, əvvəlcə tərəddüd etsə də, sonradan həmin pulu götürmüşdür. Daha sonra da Cavabdeh məhkəməyə müraciət edərək həmin aldığı evi onun əlindən almışdır. Hətta Aynurə mənzilə dair öz adına 2020-ci ildə çıxarış almışdır. Bundan sonra məhkəmənin qətnaməsi əsasında həmin 6000 manat pulun ondan alınıb cavabdehin qardaşı Aynurəyə verilməsi qət edilmişdir. Bu səbəbdən də o, Cavabdeh Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, 3-cü dalanda yerləşən 7 saylı evin 6-cı saylı, 3 otaqlı 62,44 kv.m. mənzilə görə dəymiş 34.000 (otuz dörd min) manat tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli evin mülkiyyətçisidir. Onun atası mərhum Ramiz kişi mübahisəli evi müvəqqəti yaşamaq üçün İddiaçı vermişdir. Atası uzun illər, yəni 10 il yataq xəstəsi olub. Onun atası vəfat edən gün İddiaçı onun qardaşlarını atasının məzarı üstünə çağırmış, atası mərhum Ramiz kişidən halallıq istədiyini, ona 6000 manat pul veriləcəyi halda mübahisəli evin açarlarını onlara verəcəyini bildirmişdir. Onun qardaşları 6000 manat pulu İddiaçı versə də, sonuncu həmin evi təhvil verməmişdir. O və qardaşları Bakı şəhərində yaşadıqlarından Füzuli rayonuna gec-gec gəlmiş, bu məsələdən sonra evə icra məmurları ilə birlikdə baxmağa gələndə evin tam təmirsiz, yaşayış üçün yararsız halda olduğunu müəyyən etmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, cavabdeh evdə heç bir təmir işləri aparmamış, onlardan əsassız olaraq pul almışdır. Bununla yanaşı iddiaçı bildirir ki, o və ailəsi məhkəmə iclaslarında iştirak etmək üçün dəfələrlə yol xərci çəkmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısı onun evində qaldığı müddətə tanımışdır. Aynurəni mərhum Ramizin qızı kimi tanıyır. Mərhum Ramiz kişi isə bacısıgilin qonşusu olub. O, təxminən 16 ildir ki, oradan köçüb. O, oradan köçəndə İddiaçı həmin evdə yaşayırdı. Ələddin ilə 3 il qonşu olmuşlar. Ələddin orada yaşayanda Ramiz kişi Bakıda qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cavabdeh bacısıdır. İddiaçı isə qardaşı vasitəsilə tanımışdır. Günlərin bir günü ev tələb edəndən sonra Ələddin ona demişdir ki, evə 6000 manat xərc çəkmişəm, 6000 manat pulu mənə verin və mən həmin evdən çıxım. O, 6000 manat pulu ona vermişdir. Həmin evə gedəndə o evin tam təmirsiz, yararsız vəziyyətdə olduğunu görmüş, bundan sonra bilmişdir ki, İddiaçı ondan qanunsuz olaraq həmin pulu almışdır. Həmin pulu İddiaçı tələb edəndə sonuncu bildirmişdir ki, pulu bir şərtlə qaytara bilər ki, həmin evi onun adına rəsmiləşdirək. Bundan sonra o, pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş, 6000 manat pulun İddiaçı alınıb ona verilməsi qət edilmişdir. Mübahisəli ev bacısı Aynurənin mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı arvadıdır. Cavabdeh məhkəmə prosesində tanımışdır. 2004-cü ildə ev axtaran zaman mərhum Ramiz kişi onun ərinə ev satdığını bildirmişdir. Həmin evi öz adlarına sənədləşdirə bilməmişlər. Təxminən 16-17 il mübahisəli evdə yaşamışlar. Həmin müddətdə evi təmir etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, 142 nömrəli X6 MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən 3 otaqlı 6244 kv.m yaşayış 18.14 kv.m yardımçı sahədən ibarət mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 34.000 manat təşkil etmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-145/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz sahiblikdən alma və mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, dalan 3, ev 7, 6 saylı mənzil İddiaçı qanunsuz sahibliyindən alınsın və o, həmin mənzildən çıxarılması və İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2999/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh (eyni zamanda iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-145/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3051/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2999/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-762/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı cavabdehdən 6000 manat əsas pulun və 6000 manat dəymiş mənəvi zərərin əvəzinin tutulub ona ödənilməsinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı X3 xeyrinə 6000 manat məbləğində pulun tutulması qət edilmişdir. -Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalama Kadastırı İdarəsi tərəfindən verilmiş 37/03 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Füzuli rayonu, Horadiz qəsəbəsi, BMt-d3 küçəsində yerləşən ümumi sahəsi 62,44 kvm, yaşayış sahəsi 44,3 kvm ibarət olan ev 7 mənzil 6 da yerləşən evin Füzuli rayon Tİ və MHQ9 qərarı ilə X2 adına 02 may 2005-ci il tarixdə 03 saylı reyestr kitabında 04 səhifədə 37 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən umumi sahəsi 62,44 olan daşınmaz əmlakın reyestr nömrəsi **********42-05101-093004 nömrə ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini mübahisəli mənzildə təmir işlərini aparması ilə əsaslandırsa da, hazırki işin baxılmasında məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-762/2025 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı həmin mənzildə hər hansı yaxşılaşdırma işləri aparmamışdır. Məhkəmə hesab edir ki, kddiaçının mənzildə təmir işləri aparmamasına dair hal Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-762/2025 saylı qətnaməsi ilə müəyyən edildiyindən hazırki işin baxılmasında təkrar həmin halın sübut edilməsinə və ya təkzib edilməsinə əsaslar yoxdur. Belə olan halda məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə məxsus mənzildə hər hansı yaxşılaşdırma işləri aparmadığından iddia tələbi təmin edilə bilməz, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 192 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar