Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2437/2025 28.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı, X11, X3 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi tələbi”nə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı, X11, X3 və X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11, X3 və X9 adlı uşaqların cavabdehlərə məxsus Füzuli Rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələr onlara qadağan edilməsi və uşaqların qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlarla yetkinlik yaşına çatanadək İddiaçı evdə yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələr qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq X11, X3 və X9 adlı uşaqların cavabdehlərə məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələrin onlara qadağan edilməsi və uşaqların qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq-qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı həmin evə giriş-çıxışına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar X4, X1 və X2 qanuni nümayəndəsi kimi anası İddiaçı tanınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh1 ilə nikaha daxil olmuş və onun da ailə üzvü olduğu evdə yaşamışlar. Birgə nikahdan onların X11, X3, X9 adlı uşaqları doğulmuşdur. Onların nikahı pozulduqdan sonra cavabdehlər onu və uşaqlarını həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə onun həmin evdən çıxarılmağı qət edilmiş, o, icra şöbəsinin qərarı ilə həmin evdən çıxsa da, Cavabdeh1 uşaqları və digər Cavabdeh2 nəvələri həmin evdə yaşamağa davam edərək həmin kənddə qalmaqla təhsillərini davam etdirirlər. Onun uşaqları saxlayacaq başqa evi yoxdur. Hesab edir ki, uşaqlar cavabdehin birinci növbə vərəsələri olmaqla həmin uşaqları saxlamaq cavabdehin vəzifələridir. İddiaçı qismində uşaqları iştirak etsə də o, uşaqlarının öz ata və babalarının evində yaşamasına etirazı yoxdur. O, həmin evdən çıxarılsa da gələcəkdə uşaqların həmin evə hər hansı hüququ təsbit olunarsa uşaqlara qulluq etmək üçün heç bir şəxsi hüququ təsbit edilmədən həmin evdə yaşamaq istəyir. Əslində onun nikahı 2009-cu ildə bağlanılmış, onun həmin evdən kompensasiya almaqla çıxmaq hüququ olsa da, məhkəmə buna qiymət verməmişdir. Artıq məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və həmin evdən çıxarılsa da bu qış günlərinin yaxınlaşdığı zamanda onun uşaqlarını aparacaq yeri yoxdur. Uşaqlar doğulandan həmin evdə yaşamışlar və həmin ev onların atası və babalarının evidir. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının uşaqları doğulduğu gündən hal-hazıradək mübahisəli evdə yaşayır. İddiaçı məhkəmə qətnaməsi ilə mübahisəli evdən çıxarılmasına dair qətnamə icra olunan tarixədək, yəni 2025-ci ilədək iddiaçı başqa yaşayış yeri olmadığından uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışdır. Uşaqları atası Cavabdeh1 mübahisəli evdə qeydiyyatdadır. Həmçinin qeyd etmişdir ki, İddiaçı həmin evdən çıxarılsa da gələcəkdə uşaqların həmin evə hər hansı hüququ təsbit olunarsa, uşaqlara qulluq etmək üçün heç bir şəxsi hüququ təsbit edilmədən həmin evə gedib gəlmək istəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu ildə doğulmuş X4, xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2017-ci ildə doğulmuş X1 atası Cavabdeh1, anası isə İddiaçıdır. - Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 461567 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. - qəbzdən görünür ki, İddiaçı tərəfindən Füzuli Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. - Füzuli Rayon Kürdmahmudlu kənd icra nümayəndəliyi tərəfindən X5 verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, o, hal-hazırda qardaşı X6 və nənəsi X10 ilə birlikdə Füzuli rayonu, Kürdmahmudlu kəndində babası Cavabdeh2 məxsus evdə yaşayırlar. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-152/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X8 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X7 Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Füzuli rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı ilə Cavabdeh2 verilmiş 1224.9 kv.m həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. - 130/09 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində ümumi sahəsi 25 kv.m olan olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. - A № 099140 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Füzuli rayon Aqrar İslahatı Komissiyasının 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı əsasında Cavabdeh2 sahəsi 1.224,9 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2009-cu ildə nikaha daxil olmuş, bundan sonra Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən evə köçüb uşaqları ilə birlikdə yaşamışlar. Tərəflərin nikahlarından xx.xx.2010-cu ildə Rahid, xx.xx.2013-cü ildə Nuray və xx.xx.2017-ci ildə Sərxan adlı 3 uşaqları doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahlarından doğulmuş uşaqları Rahid, Nuray və Sərxan doğulduqları vaxtdan hal-hazıradək cavabdeh, uşaqların ata babası Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən evdə yaşayırlar və başqa yaşayış yerləri yoxdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-152/2021 saylı qətnaməsi ilə İddiaçı Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Füzuli rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı ilə Cavabdeh2 verilmiş 1224.9 kv.m həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Hazırda İddiaçı həmin evdə yaşayış hüququ yoxdur. İşin müəyyən edilmiş hallarından o da müəyyən olunur ki, iddiaçının əri ilə nikahlarından doğulmuş uşaqlarının atası həmin ünvanda qeydiyyatdadır və onun yaşayış yeri həmin ünvan sayılır. Məhkəmə hesab edir ki, uşaqların analarının yaşayış yeri olmadığından, atalarının isə yaşayış yeri mübahisəli ev sayıldığından, ata babalarına məxsus, ataları və anaları ilə birlikdə doğulduqları gündən mübahisəli yaşayış sahəsində yaşamaqla oradan istifadə hüquqları yarandığından iddia təmin edilməli, uşaqların cavabdeh, uşaqların ata babası Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən mənzilindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər tərəfindən yaradılan manaeələr onlara qadağan edilməlidir. Məhkəmə iddianın “uşaqların qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq-qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı həmin evə giriş-çıxışına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi” hissəsinə dair bildirir ki, İddiaçı özünün qeyd olunan mənzildən istifadə hüququ olmasa da o, uşaqlarının yaşadığı mənzilə gedib gəlməklə onların üzərində valideynlik hüquqlarını həyata keçirir, yetkinlik yaşına çatmayan uşaqlarının maddi və mənəvi tələbatlarını təmin edir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, İddiaçı uşaqları mübahisəli mənzildə yaşamaqda davam edirlər, onları hazırkı vaxtadək heç kim mənzildən çıxarmamışdır. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqlara bilavasitə qulluq və qayğı həyata keçirilmədən onların üstün tutulmalı olan mənafeləri təmin edilməsi mümkün olmayacağından onların yemək, qulluq və digər təminatlarının həyata keçirilməsi iddiaçının onların yaşadığı ünvana gəlib getməsi təmin edilmədən mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçının həmin evə giriş-çıxışına cavabdehlər tərəfindən yaradılan maneələr onlara qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı uşaqları X11, X3 və X2 Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən yaşayış evindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan manaeələr onlara qadağan edilməli və X11, X3 və X2 qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq-qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı həmin evə giriş-çıxışına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr onlara qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin .... verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. Hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı uşaqları X11, X3 və X2 Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən yaşayış evindən istifadə hüququ tanınmaqla həmin evdə yaşamalarına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan manaeələr onlara qadağan edilsin. X11, X3 və X2 qanuni nümayəndəsi olaraq onların hüquqlarının realizə edilməsi ilə bağlı onların həmin evdə yaşadığı müddətdə onlara qulluq-qayğı göstərməsi ilə əlaqədar olaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı həmin evə giriş-çıxışına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr onlara qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-2437/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2437/2025
28.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver