Məhkəmə qərarları › İş №e-2(064)-2496/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2496/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2496/2025 04.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra– cavabdeh) qarşı kredit borcunun qaytarılması 423,01 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2015-ci il tarixli 0,32 saylı fərdi kredit müqaviləsinə əsasən, bank olmayan kredit təşkilatı tərəfindən cavabdehə fəaliyyət sahəsinin inkişafı üçün 12 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə 1200 (bir min iki yüz manat) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03 iyun 2019-cu il tarixli, 025 №-li Restrukturizasiya müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 03 iyun 2019-cu il tarixinə olan 443,01 manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03 iyun 2019-cu il tarixli, 025№-li restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən ümumilikdə 40 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 03 iyun 2019-cu il tarixli, 025№-li restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 03 iyun 2019-cu il tarixli, 025№-li kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, Restrukturizasiya müqaviləsi üzrə aylıq kredit ödənişləri “Borclu” ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, “Kreditor” bu Müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda Cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış 03 iyun 2019-cu il tarixli, 025№-li kredit (restrukturizasiya) müqaviləsi üzrə 12 noyabr 2025-ci il tarixinə günün əvvəlinə əsas borc üzrə 423,01 manat olmaqla, ümumilikdə 423,01 (dörd yüz iyirmi üç manat, sıfır bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 30 manat məbləğində pul ödəmişdir İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünavanlayaraq iddia tələbini qəbul etdiyini və borcunu ödəyəcəyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 03 iyun 2019-cu il tarixli, 025№-li Restrukturizasiya müqaviləsi, ödəniş cədvəli, cavabdehin xx.xx.2025-ci il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehlərə göndərdiyi yazılı xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 03 iyun 2019-cu il tarixli, 025№-li Restrukturizasiya müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 423,01 məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar