Məhkəmə qərarları › İş №e-2(064)-2842/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2842/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2842/2025 19.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli BPM**********39 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 %-lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 142724 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notarius tərəfindən 2V-105 reyestr nömrəli xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak 2013-cü il olan "DODGE DURANGO" minik markalı, **-FO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-48028/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək İddiaçının iddia müddətini ötürdüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2026-cı il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh X4 ilə xx.xx.2019-cü il tarixində kredit müqaviləsi 28 ay müddətinə bağlanmış, 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh X4 xx.xx.2020-ci ildə vəfat etməyinə baxmayaraq vərəsəlik işi xx.xx.2025-ci ildə açılmışdır. Yəni miras alan bilərəkdən vərəsəliklə bağlı müraciət edərkən iddia müddətinin keçməsini gözləmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Qeyd olunanları nəzərə alaraq, vərəsəlik işinin xx.xx.2025-ci il tarixində açıldığını nəzərə alaraq, iddia müddəti ötməmişdir. Belə ki, onlara məlum olan tarix xx.xx.2025-ci il tarixidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 %-lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Onun xx.xx.2025-ci il tarixinə olan borcu 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən Nümayəndə1 nümayəndəlik səlahiyyəti məhkəmə tərəfindən müəyyən olunur. - xx.xx.2025-ci il tarixli borcun qaytarılması tələbinə dair xəbərdarlığın məzmunundan görünür ki, iddiaçı cavabdehə "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat kredit borcunun 3 gün ərzində ödənilməsi əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - AZ-İİ 142724 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Qanun üzrə vərəsəlik haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilmişdir. Məhkəmə hazırki tələblə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, ... mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından da görünür ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2019cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 29 %-lə, 28 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Onun xx.xx.2025-ci il tarixinə olan borcu 473.46 manat əsas, 9.50 manat faiz borcu olmaqla, cəmi 482.96 manat təşkil edir. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2025-ci il tarixli şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən isə mülki hüquq münasibətlərinin yarandığı dövrə görə müqavilə tələbləri barədə iddia müddəti üçün 3 il nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə son ödəniş müddəti isə xx.xx.2020-ci il tarixidir. Bu isə onu müəyyən etməyə əsas verir ki, müqavilə üzrə son ödəniş tarixinin üzərindən 5 ildən çox vaxt keçmiş, bununla iddia müddəti ötürülmüşdür. İddia müddətinin cavabdehin müraciətinə əsasən tətbiq edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin predmeti olan hüquq münasibətlərinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının nümayəndəsinin xx.xx.2026-cı il tarixli ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizədə göstərilən arqumentlər iddia müddətinin ötürülməməsi və ya həmin müddətin axımının başqa tarixdən hesablanması üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmır. Belə ki, cavabdeh X2 xx.xx.2020-ci ildə vəfat etməsinə baxmayaraq vərəsəlik işinin onun ölümündən təxminən 5 il sonra, yəni xx.xx.2025-ci ildə açılması miras alanın vərəsəlik hüquqlarının həyata keçirilməsi zamanı iddia müddətinin keçməsini bilərəkdən gözləməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, cavabdeh X4 xx.xx.2020-ci ildə vəfat etməyinə baxmayaraq vərəsəlik işi xx.xx.2025-ci ildə açılmışdır. Yəni miras alan bilərəkdən vərəsəliklə bağlı müraciət edərkən iddia müddətinin keçməsini gözləmişdir. Bu səbəbdən vərəsəlik işinin xx.xx.2025-ci il tarixində açıldığını nəzərə alaraq, iddia müddəti ötürülməmişdir. Belə ki, onlara məlum olan tarix xx.xx.2025-ci il tarixidir. Lakin məhkəmə iddiaçının göstərilən mövqeyini şəxsi mülahizələrə əsaslanan və obyektiv sübutlarla təsdiq olunmayan arqument kimi qiymətləndirir. Belə nəticəyə gəlmək üçün miras alanın qəsdli davranışını, hüquqdan sui-istifadə niyyətini və ya iddia müddətinin axımına təsir göstərən digər halları sübut edən faktiki məlumatlar təqdim olunmalıdır. Vərəsəlik işinin açılma tarixinin gecikməsi faktı, əlavə sübutlar olmadan, iddia müddətinin qəsdən gözlənilməsi və ya müddətin ötürülməsinin əsaslı səbəbi kimi qəbul edilə bilməz. Bu səbəbdən göstərilən hal iddia müddətinin ötürülməsinin mötəbər səbəbi kimi qəbul edilmir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar