Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-609/2024 30.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3150 manat əsas, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1216 manat əsas, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1656 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 81 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 24 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3250 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 3150 manat əsas borcu qalıb. Bundan başqa, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 28 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1410 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1216 manat əsas borcu qalıb. İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 03 mart 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1690 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1656 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 24 fevral 2023-ci il tarixli, BYK6315842 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 3150 manat əsas borc, 28 fevral 2023-ci il tarixli, BLK6320427 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1216 manat əsas borc, 03 mart 2023-ci il tarixli, BLK6320446 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1656 manat əsas borc və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6103 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - Cavabdeh iddiaçıdan 100 manat ilkin ödəniş edərək dəyərini hissə-hissə ödəmək şərti ilə 3250 manat dəyərində məişət avadanlığı əldə etmişdir. Müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir (xx.xx.2023-cü il tarixli, BYK6315842 nömrəli borc müqaviləsinin surəti əsasında); - Cavabdeh iddiaçıdan 42 manat ilkin ödəniş edərək dəyərini hissə-hissə ödəmək şərti ilə 1410 manat dəyərində məişət avadanlığı əldə etmişdir. Müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir (xx.xx.2023-cü il tarixli, BYK6320427 nömrəli borc müqaviləsinin surəti əsasında); - Cavabdeh iddiaçıdan 34 manat ilkin ödəniş edərək dəyərini hissə-hissə ödəmək şərti ilə 1690 manat dəyərində məişət avadanlığı əldə etmişdir. Müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir (xx.xx.2023-cü il tarixli, BYK6320446 nömrəli borc müqaviləsinin surəti əsasında); - cavabdehin cəmi 6022 manat borcu yaranmışdır (xx.xx.2023-cü il tarixli maliyyə arayışının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə İddiaçı MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh etməmişdir. Nəticədə xx.xx.2023-cü il tarixə, ümumilikdə, 6022 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə yaranmış cəmi 6022 manat borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 81 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3150 manat əsas, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1216 manat əsas, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1656 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 81 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-609/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-609/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver