Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-770/2025 25.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar İddiaçı borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007- ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,05 mislində, 420 manat tələbkarın xeyrinə tələbkardan tutulması və sonrakı artırmlar nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: -153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki halda iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina olunmalı, İddiaçı Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət etməklə Füzuli Rayon Məhkəməsinə xüsusi icra icraatı qaydasında müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 153, 263-269cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Tələbkar İddiaçı borclu Cavabdeh qarşı alimentin indeksasiyası barədə verdiyi ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə tələbkara qaytarılsın. İddiaçı Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət etməklə Füzuli Rayon Məhkəməsinə icra icraatı qaydasında müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-770/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-770/2025
25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver