Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-779/2024 08.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, C.Cabbarlı küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Qartal Tikinti Firması”na məxsus “Mercedes-Benz S350” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “VAZ 21074” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən dəymiş zərər 1200 manat təşkil etmişdir. Sığortaçı kimi "xxxx" ASC tərəfindən təyin edilmiş qiymətləndirmə ilə zərər məbləği 1200 manat müəyyən edilsə də, sonradan avtomobilin qabaq sol qapısına dəymiş zərər də nəzərə alınmaqla əlavə 300 manat olmaqla, yekun olaraq dəymiş zərər məbləği 1500 manat müəyyən edilmiş və həmin məbləğ PXA 49420 saylı sığorta aktına əsasən xx.xx.2019-cu il tarixli, 2689 saylı ödəniş tapşırığı ilə "xxxx" Tikinti Firmasının hesabına köçürülmüşdür. Buna baxmayaraq, "xxxx" Tikinti Firması həmin məbləğdən imtina etmiş, "xxxx" ASC-nin hesabına geri qaytarmışdır. Müəyyən olunmuş zərər məbləğindən narazı qalan “Qartal Tikinti Firması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh müştərək qaydada Qartal Tikinti Firmasının mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, «Mercedes-Benz S350» minik markalı nəqliyyat vasitəsinə vurduqları 9627,50 manat məbləğində maddi zərərin Qartal Tikinti Firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7284/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “Qartal Tikinti Firması”nın mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, «Mercedes-Benz S350» minik markalı nəqliyyat vasitəsinə vurduqları 9627,50 (doqquz min altı yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində maddi zərər və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh müştərək qaydada tutularaq iddiaçı Qartal Tikinti Firmasına ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7284/2019 saylı qətnaməsindən narazı qalan maraqlarına toxunan şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2737/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7284/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2737/2020 saylı qətnaməsindən narazı qalan maraqlarına toxunan şəxs "xxxx" ASC tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2763/2021 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2737/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7284/2019 saylı qətnaməsi əsasında xx.xx.2020-ci il tarixli, 3496 saylı ödəniş sənədi ilə 5000.00 manat iddiaçı tərəfindən “Qartal Tikinti Firması” nın bank hesabına ödənilmişdir. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2019-cu il tarixli, 2068 saylı YNH-nin təfərrüatları barədə arayışından və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri ilə bağlı məhkəməyə müraciyyət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlər əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda müəyyən edir. - İcbari sığorta müqaviləsinə dair məlumat; -Sumqayıt DYPŞ-nin xx.xx.2019-cu il tarixli, AP ******* inzibati xəta haqqında protokolunun surəti; -xx.xx.2019-cu il tarixli, 2068 saylı YNH-nin təfərrüatları barədə arayışın surəti; -xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti; -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-7284/2019 saylı qətnaməsinin surəti; -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2737/2020 saylı qətnaməsi; - AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2763/2021 saylı qətnaməsi surəti; - Qüsur aktı; - PXA 49420 saylı Sığorta aktları; -2689 saylı ödəniş tapşırığının surəti; - 3496 saylı ödəniş tapşırığının surəti; -Cavabdeh izahatının surəti. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmış və etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 70 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 284-1-284-6, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 5000 manat və dövlət rüsumuna görə 70 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-779/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-779/2024
08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver