Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-903/2025 18.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, iddiaçı ləğvetmə prosesində olan (bundan sonra LPO) “Amrahbank» ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Namazova (Qasımova) Pərizad Xasay qızına (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 569,71 (beş yüz altmış doqquz manat 71 qəpik) manat məbləğində borcun-bundan 567,57 (beş yüz altmış yeddi manat 57 qəpik) manat əsas borcun və 2,14 (iki manat 14 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun; 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-02 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 14.961,34 (on dörd min doqquz yüz altmış bir manat 34 qəpik) manat məbləğində borcun-bundan 14.434,80 (on dörd min dörd yüz otuz dörd manat 80 qəpik) manat əsas borcun və 526,54 (beş yüz iyirmi altı manat 54 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 134.88 (yüz otuz dörd manat 88 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 1 oktyabr 2015-ci il tarixli 12-MK0150 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 765,47 (yeddi yüz altmış beş manat 47 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 05 sentyabr 2019-cu il tarixli MBNP 001- 7239108FİMSA(B)050919-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 1 oktyabr 2015-ci il tarixli 12-MK0150 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 14.434,80 (on dörd min dörd yüz otuz dörd manat 80 qəpik) manat məbləğində güzəştli şərtlərlə yenidən kredit verilmişdir. Cavabdeh2 verilmiş kreditin qaytarılmasının təminatı kimi, bank ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5arasında 05 sentyabr 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxslər borc alanın kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Hər iki kredit müqaviləsinin 1.1, 2.4.4, 2.4.5, 3.4 və 3.8ci bəndlərinə əsasən Cavabdeh2 kredit müqavilələri ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğlərini və onlara hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqavilələri üzrə borcun qaytarılması tələbi ilə bank tərəfindən cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bu səbəbdən də Cavabdeh2 05 sentyabr 2019-cu il tarixli MBNP 001- 7239108FİMSA(B)050919-01 nömrəli kredit müqaviləsi üzrə 24 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 569,71 (beş yüz altmış doqquz manat 71 qəpik) manat məbləğində borcu vardır. Bundan 567,57 (beş yüz altmış yeddi manat 57 qəpik) manat əsas borc və 2,14 (iki manat 14 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-02 nömrəli digər kredit müqaviləsi üzrəisə 24 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 14.961,34 (on dörd min doqquz yüz altmış bir manat 34 qəpik) manat məbləğində borcu vardır. Bundan 14.434,80 (on dörd min dörd yüz otuz dörd manat 80 qəpik) manat əsas borc və 526,54 (beş yüz iyirmi altı manat 54 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələri, ödəniş cədvəli, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu haqqında maliyyə arayışı, iddiaçının cavabdehlərə göndərdiyi yazılı xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 05 sentyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)050919-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 1 oktyabr 2015-ci il tarixli 12-MK0150 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 765,47 (yeddi yüz altmış beş manat 47 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, bu zaman bank ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 arasında da zaminlik müqaviləsi bağlanmış, həmin zaminlik müqaviləsinə əsasən onlar kredit müqaviləsi üzrə kreditalan tərəfindən üzərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsi üçün kreditalan ilə birgə məsuliyyət daşımaqları barədə iddiaçı qarşısında öhdəliklər götürmüşlər. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında tələb olunan məbləğlərində icra edilməmiş əsas və faiz borcu öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsinin şərtlərini pozmuşlar. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehlər xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiklərinə, o cümlədən icranı gecikdirdiklərinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Namazova (Qasımova) Pərizad Xasay qızından müştərək qaydada 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-01 nömrəli kredit müqaviləsi üzrə 567,57 manat əsas borc və 2,14 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 569,71 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun; 05 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)050919-02 nömrəli kredit müqaviləsi üzrə 14434,80 manat əsas borc və 526,54 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 14961,34 (on dörd min doqquz yüz altmış bir manat 34 qəpik) manat və iş üzrə ödənilmiş 134,88 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-903/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-903/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver