Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-926/2025 22.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən İddiaçının xeyrinə ödənilməmiş 8668,67 manat əsas, 1307,15 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10194,27 manat məbləğində kredit borcunun və ödənilmiş 120,58 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021A********** nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 16000 manat məbləğində nəğd kredit verilmişdir. AR DİN BPQMİ-nin Maps Şöbəsi tərəfindən verilmiş arayış əsasında müəyyən edilmişdir ki, X11 vəfat etmişdir, mərhum X7 adına Bakı Şəhəri 7 saylı Notariat Ofisində qızı X13, qızı X9, oğlu X14, oğlu X15 və arvadı X2 ərizələri əsasında vərəsəlik işi açılmış, Azadə Rzayeva, Gülmarə Qədimova, Sahil Rəfiyev və Azad Rəfiyev miras paylarını X4 bağışlamışlar və X5 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X8 vəfat etdiyi tarixə Banka ödənilməmiş 8668,67 manat əsas, 1307,15 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10194,27 manat borcu qalmışdır. Cavabdeh, mərhum X6 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, 021A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 1,75% dərəcəsi ilə 16000 manat kredit verilmişdir. - Ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X11 xx.xx.2024-cü tarixdə vəfat etmişdir. - Maliyyə arayışından görünür ki, X8 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8668,67 manat əsas, 1307,15 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10194,27 manat borcu mövcud olmuşdur. - Bakı Şəhəri 7 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli miras payının bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, birinci tərəf X13, X9, X14, X15 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 miras qalmış payı digər vərəsə, ikinci tərəf X4 bağışlamışlar. - xx.xx.2024-cü il tarixli kredit borcunun ödənilməsinə dair bildirişin və xəbərnamənin surət əsasında müəyyən olunur ki, İddiaçı Cavabdehi yaranmış vəziyyətlə bağlı məlumatlandırmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam icra etmədiyi təqdirdə 3 gün ərzində məhkəməyə müraciət olunacağını bildirmişdir. - “Azneft” İB 1 saylı İNMXTİ tərəfindən verilmiş vərəsəlik işi ilə əlaqədar arayış əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 haqq-hesabı 2368,70 manat məyyən edilmişdir. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatların verilməsi haqqında arayış əsasında müəyyən olunur ki, X8 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumat əsasında müəyyən olunur ki, X8 adına qeydiyyata alınmış nəqliyyat vasitəsi aşkar edilməmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə müvafiq olaraq kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, Məhkəmə iş materialları əsasında müəyyən edir ki, xx.xx.2024-cü il tarixdə ölmüş X8 vərəsəsi kimi arvadı X5 təyin olunmuşdur və miras əmlak “Azneft” İB 1 saylı İNMXTİ tərəfindən verilmiş son haqq-hesab kimi 2368,70 manatdan ibarətdir. Məhkəmə iddia ərizəsində tələb olunan əsas və cərimə borcunun məbləği ilə razılaşsa da faiz borclarının məbləği ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə Cavabdehə müraciət edərək banka həmin tarixə 3720,11 manat əsas, 1252,3 manat faiz və 218,45 manat cərimə borcu yarandığını, ödənilmədiyi təqdirdə Məhkəməyə müqavilənin ləğvi ilə bağlı müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə Cavabdehə bildirmiş və bununla da müqavilə artıq bildirişdə qeyd olunan tarixdə ləğv olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, faiz borcunun məbləği məhz həmin bildirişdə qeyd olunan məbləğə uyğun olaraq nəzərə alınmalıdır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh X1 8668,67 manat əsas, 1252,3 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10139,42 manat məbləğində kredit borcunu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödəməlidir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbindən də aydın olur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin qanunvericilik Mülki Məcəllənin 1307-ci maddəsilə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini vərəsənin üzərinə qoyur. Qanunun bu tələbindən çıxış edərək Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini yerinə yetirmədiyi üçün 8668,67 manat əsas, 1252,3 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10139,42 manat məbləğində kredit borcunu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 120,58 manat dövlət rüsumunun da Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 8668,67 manat əsas, 1252,3 manat faiz və 218,45 manat cərimə borcu olmaqla, cəmi 10139,42 manat və ödənilmiş 120,58 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-926/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-926/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver