Məhkəmə qərarları › İş №e-2(064)-956/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-956/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-956/2025 03.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra Məhkəmə) müraciət edərək xx.xx.2021-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi əsasən X2 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə üzrə 4788,23 manat əsas, 0,01 manat faiz, 568,35 manat cərimə borcu olmaqla, ümumilikdə 5356,59 manat borcun, kart limiti üzrə üzrə 299,67 manat əsas, 6,47 manat faiz olmaqla ümumilikdə 306,14 manat borcun, xx.xx.2023-cü il tarixli, CL-EE001177724 nömrəli kredit müqaviləsinə əsasən 8093,89 manat əsas borcun və xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsinə əsasən X2 vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə üzrə 1142,37 manat əsas, 192,33 manat cərimə olmaqla, ümumilikdə 1334,70 manat borcun və ödənilmiş 237,86 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, BPM**********59 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə 48 ay müddətinə 10000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 %-lə 36 ay müddətinə 4700 manat nəğd kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 1349/Z nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin, "xxxx" ASC ilə X5 arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001177724 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22.9 %-lə 59 ay müddətinə 8800 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 qalmış mirası Cavabdeh1 qəbul etmişdir. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 4788.23 manat əsas borcu, 0.01 manat faiz borcu, 568.35 manat cərimə borcu omaqla, cəmi 5356.59 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 banka ödənilməmiş kart limiti üzrə vəfat etdiyi tarixə 299.67 manat əsas borcu və 6.47 manat faiz borcu olmaqla, cəmi 306.14 manat borcu qalmışdır. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 1142.37 manat əsas borcu, 192.33 manat cərimə borcu omaqla, cəmi 1334.70 manat borcu qalmışdır. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, CLEE001177724 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 8093.89 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, BPM**********59 nömrəli kredit müqaviləsindən görünür ki, X4 illik 18 %-lə 48 ay müddətinə 10000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsindən görünür ki, X4 illik 22 %-lə 36 ay müddətinə 4700 manat nəğd kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 1349/Z nömrəli zaminlik müqaviləsi imzalanmışdır. - "xxxx" ASC ilə X5 arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001177724 nömrəli kredit müqaviləsindən görünür ki, X4 illik 22.9 %-lə 59 ay müddətinə 8800 manat nəğd kredit verilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 4788.23 manat əsas borcu, 0.01 manat faiz borcu, 568.35 manat cərimə borcu omaqla, cəmi 5356.59 manat borcu qalmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş kart limiti üzrə vəfat etdiyi tarixə 299.67 manat əsas borcu və 6.47 manat faiz borcu olmaqla, cəmi 306.14 manat borcu qalmışdır. - Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 1142.37 manat əsas borcu, 192.33 manat cərimə borcu omaqla, cəmi 1334.70 manat borcu qalmışdır. - Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli, CLEE001177724 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 8093.89 manat əsas borcu qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti əsasında müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi arvadı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən xx.xx.2024-cü il tarixli, 18- 1-36/2-605\2024 nömrəli məktuba əsasən cəmi 1680 manat 3 aylıq kompensasiyadan ibarətdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, BPM**********59 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 18 %-lə 48 ay müddətinə 10000 manat nəğd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22 %-lə 36 ay müddətinə 4700 manat nəğd kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 1349/Z nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin, "xxxx" ASC ilə X5 arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001177724 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 22.9 %-lə 59 ay müddətinə 8800 manat nəğd kredit verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 qalmış mirası Cavabdeh1 qəbul etmişdir. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 4788.23 manat əsas borcu, 0.01 manat faiz borcu, 568.35 manat cərimə borcu omaqla, cəmi 5356.59 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş kart limiti üzrə vəfat etdiyi tarixə 299.67 manat əsas borcu və 6.47 manat faiz borcu olmaqla, cəmi 306.14 manat borcu qalmışdır. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 1142.37 manat əsas borcu, 192.33 manat cərimə borcu omaqla, cəmi 1334.70 manat borcu qalmışdır. Bankın “Ağcabədi” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli, CLEE001177724 nömrəli kredit müqaviləsi üzrə X2 banka ödənilməmiş nəğd kredit üzrə vəfat etdiyi tarixə 8093.89 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Sadalanan xüsusatlara əsasən Məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə X3 vərəsəsi qismində tanınmış Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, X5 müqavilə əsasında İddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini İddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh1 onun vərəsəsi olduğundan və X1 miras qalmış əmlaka vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən, həmçinin məhkəmə iclasınin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış vərəsə hesab olunan borclunun miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edən xüsusatları Məhkəməyə təqdim etmədiyindən, bununla da, Cavabdeh1 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Eyni zamanda xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X2 vərəsəsi ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Lakin, iddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 568,35 manat məbləğində dəbbə pulu (cərimə) və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 192,23 manat məbləğində dəbbə pulu (cərimə) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 250 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 60 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pul tələbi əsas borc və faiz hissələrində tam, dəbbə pulu hissələrində isə qismən təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 237,86 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 237,86 manat dövlət rüsumunun 231 manatı Cavabdehlərə aid edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. X2 vərəsəsi Cavabdeh1 xx.xx.2021-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsi əsasən nəğd kredit üzrə 4788,23 manat əsas, 0,01 manat faiz, 250 manat cərimə borcu olmaqla, ümumilikdə 5038,24 manat borcun, kart limiti üzrə üzrə 299,67 manat əsas, 6,47 manat faiz olmaqla ümumilikdə 306,14 manat borcun, xx.xx.2023-cü il tarixli, CL-EE001177724 nömrəli kredit müqaviləsinə əsasən 8093,89 manat əsas borc və xx.xx.2021-ci il tarixli, 1349/K nömrəli kredit müqaviləsinə əsasən X2 vərəsəsi Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada nəğd kredit üzrə üzrə 1142,37 manat əsas, 60 manat cərimə olmaqla, ümumilikdə 1202,37 manat borcun və ödənilmiş 237,86 manat dövlət rüsumunun əvəzi tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar