Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-996/2025 19.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 7839 manat borc pulun və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC və Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan onun 5795 (beş min yeddi yüz doxsan beş) manat məbləğində mal almışdır. Müqavilənin şərtlərinə görə borc məbləğini cavabdeh 03 (üç) aydan gec olmayaraq, 11 yanvar 2024-cü il tarixində tam həcmdə nağd yolla geri qaytarılmalı imiş, həmçinin xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən iddiaçı, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan onun 2044 (iki min qırx dörd) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh 03 (üç) aydan gec olmayaraq, 08 avqust 2024-cü il tarixində tam həcmdə nağd yolla geri qaytarılmalı idi. Lakin həmin müqavilələr üzrə, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən bu günkü tarixədək heç bir ödəniş həyata keçirilmişdir. Cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq, heç bir ödəniş olunmamışdır. Əlavə olaraq bildirir ki, 05 avqust 2024-cü il tarixdə cavabdehə borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məktubda müqavilə üzrə cavabdeh öz üzərinə götürdükləri öhdəliklərini icra etməyi üçün xx.xx.2024-cü il tarixədək müddət göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt qəbzindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Xəbərdarlıq məktubun göndərilməsinə və onun tərəfindən qəbul edilməsinə də baxmayaraq, borc məbləğini cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 100 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun iddiaçıya 3300 manat borcu qalıb. Həmçinin bildirmişdir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli borc müqavilələrində icra edilmiş imza ona məxsus deyildir. Bu səbəbdən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin onu da qeyd etmişdir ki, o, dəfələrlə iddiaçıdan məhsul alınmış və ödənişləri etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində qaytarmaq şərti ilə 2044 manat borc pul verilmişdir. -xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı Defendo” MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində qaytarmaq şərti ilə 5795 manat borc pul verilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 7839 manat borcunu ödənməsi barədə xəbərdarlıq edilmişdir. -qəbzdən görünür ki, iddia ərizəsini təqdim etmək üçün iddiaçı tərəfindən məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1068 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrinin 2-ci vərəqələrində “7.Tərəflarin rekvizitləri İmza” qrafalarında Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. -Ekspert Xərclərinə dair bildirşdən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia təmin edildiyindən ekspert rəyinin alınması üçün 126 manat xidmət haqqı cavabdehdən məhkəmə ekspertiza mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 7839 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-996/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-996/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver