Məhkəmə qərarları › İş №e-2(065)-48/2025

Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №e-2(065)-48/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № e-2(065)-48/2025 01.07.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlihüseyn oğluna qarşı «müqavilə üzrə yaranmış borc» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Əlihüseyn oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18878,15 manat əsas borc, 2382,6 manat faiz borcu, 0,01 manat cərimə, cəmi 21260,76 manat pulun, habelə 153,78 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı yer kimi «Xankəndi şəhəri, 190 nömrəli h/h» göstərilsə də, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh Əlihüseyn oğlunun sorğulanmış şəxsiyyətini təsdiq edən sənədi ilə müəyyən edilir ki, onun rəsmi qeydə alındığı yer «Hacıqabul rayonu Rəncbər kəndi»dir. Odur ki, hazırki iddia ərizəsi ilə aidiyyəti üzrə Xankəndi Şəhər Məhkəməsinə deyil, Hacıqabul Rayon Məhkəməsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 153,78 manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ də geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 114 və 152-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əlihüseyn oğluna qarşı «müqavilə üzrə yaranmış borc» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xankəndi Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilən zaman ödənilmiş 153,78 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar