Məhkəmə qərarları › İş №e-2(066)-1023/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1023/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1023/2024 17.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat, 55 (əlli beş) qəpik əsas, 05 (beş) manat, 36 (otuz altı) qəpik faiz borcu olmaqla cəmi 2832 (iki min səkkiz yüz otuz iki) manat, 91 (doxsan bir) qəpik borcun və ödənilmiş 48 (qırx səkkiz) manat, 33 (otuz üç) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə etməklə göstərdi ki, "xxxx" ASC ilə X6 arasında 24 iyun 2021-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə 48 ay müddətinə 3000 (üç min) manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 10 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Göygöl rayon İH başçısının Qızılca kənd İƏD üzrə nümayəndəsinin 30 dekabr 2023-cü il tarixli məktubundan məlum olur ki, X1 miras qalmış əmlakı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bankın “Göygöl” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş nəğd kredit üzrə 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat, 55 (əlli beş) qəpik əsas, 05 (beş) manat, 36 (otuz altı) qəpik faiz borcu olmaqla cəmi 2832 (iki min səkkiz yüz otuz iki) manat, 91 (doxsan bir) qəpik borcu qalmışdır. Cavabdeh mərhum X6 ndan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan 24 iyun 2021-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsindən görünür ki, X4 "xxxx" ASC-nin Göygöl filialı tərəfindən illik 24 %-lə 48 ay müddətinə 3000 (üç min) manat manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş Bakı şəhər, Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 10 noyabr 2021-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 3000 (üç min) manat məbləğində pulu qəbul etmiş və imzalayaraq təsdiq etmişdir. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, X4 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon İH başçısının Qızılca kənd İƏD üzrə nümayəndəsinin 30 dekabr 2023-cü il tarixli məktubundan məlum olur ki, 10 noyabr 2021ci il tarixdə ölmüş X1 miras qalmış əmlakı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. qızının adına vərəsəlik işi açılmış, onun qızı X8 vərəsəliyi qəbul etmiş, lakin qanun üzrə vərəsəlikhüququ haqqında şəhadətnamə almamışdır. İşdə olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixinə 2827 (iki min səkkiz yüz iyirmi yeddi) manat, 55 (əlli beş) qəpik əsas, 05 (beş) manat, 36 (otuz altı) qəpik faiz borcu olmaqla cəmi 2832 (iki min səkkiz yüz otuz iki) manat, 91 (doxsan bir) qəpik borcu var. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında 24 iyun 2021-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə 48 ay müddətinə 3000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 10 noyabr 2021-ci il tarixdə ölmüşdür. Onun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə vərəsəliyi qəbul etməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar, X1 qalmış miras əmlakdan irs almamışlar.Ona görə də məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməmiş ondan irs almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar