Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1037/2024 26.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Elçin Səmədov Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh 9903 (doqquz min doqquz yüz üç) manat, 11 (on bir) qəpik əsas borc, 1267 (bir min iki yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik faiz borcu olmaqla, cəmi 11171 (on bir min bir yüz yetmiş bir) manat, 04 (dörd) qəpik borcun və 123 (bir yüz iyirmi üç) manat, 51 (əlli bir) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə məhkəmə iclasında göstərdi ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 25 iyul 2024-cü il tarixə İddiaçı ASC-yə 9903 (doqquz min doqquz yüz üç) manat, 11 (on bir) qəpik əsas, 1267 (bir min iki yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik faiz, cəmi 11171 (on bir min bir yüz yetmiş bir) manat, 04 (dörd) qəpik borcu yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 123 (bir yüz iyirmi üç) manat, 51 (əlli bir) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 19,5 faiz dərəcəsi ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş 25 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 iyul 2024-cü il tarixə 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsi üzrə 9903 (doqquz min doqquz yüz üç) manat, 11 (on bir) qəpik əsas, 1267 (bir min iki yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik faiz, cəmi 11171 (on bir min bir yüz yetmiş bir) manat, 04 (dörd) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 25 iyul 2024-cü il tarixə 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsi üzrə 9903 (doqquz min doqquz yüz üç) manat, 11 (on bir) qəpik əsas, 1267 (bir min iki yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik faiz, cəmi 11171 (on bir min bir yüz yetmiş bir) manat, 04 (dörd) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 123 (bir yüz iyirmi üç) manat, 51 (əlli bir) qəpik dövlət rüsumu da, onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11 aprel 2022-ci il tarixli, 800804-363406/2 saylı kredit müqaviləsi üzrə 9903 (doqquz min doqquz yüz üç) manat, 11 (on bir) qəpik əsas, 1267 (bir min iki yüz altmış yeddi) manat, 93 (doxsan üç) qəpik faiz, cəmi 11171 (on bir min bir yüz yetmiş bir) manat, 04 (dörd) qəpik və 123 (bir yüz iyirmi üç) manat, 51 (əlli bir) qəpik ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(066)-1037/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1037/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver