Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1039/2024 17.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, Cavabdeh iştirakl ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9239 (doqquz min iki yüz otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik əsas, 1244 (min iki yüz qırx dörd) manat, 28 (iyirmi səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 10483 (on min dörd yüz səksən üç) manat, 95 (doxsan beş) qəpik məbləğində borcun və ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 45 (qırx beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 (qırx səkkiz) ay müddətə, illik 21 (iyirmi bir) faiz ödmək şərti ilə kartına 11240 (on bir min iki yüz qırx) manat məbləğində pul mədaxil edilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 22 iyul 2024-cü il tarixə İddiaçı ASC-yə 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsinə əsasən 9239 (doqquz min iki yüz otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik əsas, 1244 (min iki yüz qırx dörd) manat, 28 (iyirmi səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 10483 (on min dörd yüz səksən üç) manat, 95 (doxsan beş) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdi və göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 48 (qırx səkkiz) ay müddətə, illik 21 (iyirmi bir) faiz ödmək şərti ilə kartına 11240 (on bir min iki yüz qırx) manat məbləğində kredit verilmişdir. Maddi imkanı olmamasına görə kredit borcunu ödəyə bilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş et Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 121 (bir yüz iyirmi bir) manat 45 (qırx beş) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsindən və məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 (qırx səkkiz) ay müddətə, illik 21 (iyirmi bir) faiz ödmək şərti ilə kartına 11240 (on bir min iki yüz qırx) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 26 dekabr 2022ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsi üzrə 22 iyul 2024-cü il tarixə 9239 (doqquz min iki yüz otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik əsas, 1244 (min iki yüz qırx dörd) manat, 28 (iyirmi səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 10483 (on min dörd yüz səksən üç) manat, 95 (doxsan beş) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 22 iyul 2024-cü il tarixə, 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsi üzrə 9239 (doqquz min iki yüz otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik əsas, 1244 (min iki yüz qırx dörd) manat, 28 (iyirmi səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 10483 (on min dörd yüz səksən üç) manat, 95 (doxsan beş) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85 (səksən beş) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 26 dekabr 2022-ci il tarixli, GTGK8825356A299 saylı kredit müqaviləsi üzrə, 9239 (doqquz min iki yüz otuz doqquz) manat, 67 (altmış yeddi) qəpik əsas, 1244 (min iki yüz qırx dörd) manat, 28 (iyirmi səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 10483 (on min dörd yüz səksən üç) manat, 95 (doxsan beş) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.
2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 121 (bir yüz iyirmi bir) manat 45 (qırx beş) qəpik pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.