Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1045/2025 07.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 017A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.Kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də borclu bununla bağlı öhdəliyi icra etməmişdir.
2. Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 017A********** saylı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən,Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddimin) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 017A**********S saylısazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də borclu bununla bağlı öhdəliyi icra etməmişdir.
Məhkəmədə icraat:
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 017A********** saylı kredit razılaşması üzrə 16877.51 manat məbləğində kredit bоrcu, 451.60 manat məbləğində faiz bоrcu və 211.85 manat məbləğində cərimə ,cəmi 17540.96 manat, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 017A********** saylı kredit razılaşması üzrə 3437.74 manat məbləğində kredit bоrcu, 403.02 manat məbləğində faiz bоrcu və 94.86 manat məbləğində cərimə, cəmi 3935.62 manat olmaqla, ümumilikdə cəmi 21476 (iyirmi bir min dörd yüz yetmiş altı) manat 58 (əlli səkkiz) qəpik məbləğində bоrcun və ödənilmiş ödənilmiş 154.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixdə bağladığı 017A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 11122.49 manat ödəniş etmiş və onun iddiaçıya 16877,51 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiriblər ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 55 gün üçün hesablanmış faiz borcu 451.60 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 55 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 211.85 manat təşkil edir.Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin” göstərilməsi haqqında “Müqavilənin ümumi şərtləri”, “Tariflər və Valyuta Məzənnəsi” ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 017A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3562,26 manat ödəniş etmiş və onun iddiaçıya 3437,74 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndində əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit fazilərinin hesablanması başlayır. Faizlərin hesablanması bu müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 145 gün üçün hesablanmış faiz borcu 403.02 manat təşkil edir.
5. İddiaçı QSC Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkündür.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
10. İşin faktiki halıdır ki, hazırki halda cavabdeh olan Cavabdeh1 Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsində irəli gələn qarşılıqlı öhdəliklər olmuş, digər Cavabdeh2 tərəflər arasında xx.xx.2023-cü il tarixli, 017A********** saylı razılaşma əsaslı əsas öhdəliyin təminatı kimi İddiaçı QSC ilə zaminlik müqaviləsi bağlamışdır. Hazırki halda kredit müqaviləsindən irəli gələn öhdəliklər borc alan tərəfindən icra edilmədiyindən məhkəmə mübahisəsi yaranmışdır.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 017A********** nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.5% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit götürmüşdür. 12.Cavabdeh1 ilə İddiaçı QSC arasında olan xx.xx.2023-cü il tarixli, 017A********** saylı razılaşmaya əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür.
13. xx.xx.2023-cü il tarixli, 017G**********015 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.
14. 24 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə bildiriş göndərilmiş, bildirişdə 23 aprel 2025-ci il tarixə gecikdirilmiş 3937,74 manat əsas, 368,59 manat faiz borc qeyd edilmişdir. Banka borclu olduğu 4379,36 manat məbləğin, həmçinin xx.xx.2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
15. 24 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, 17 697,80 manat əsas, 548,43 manat faiz, 253,84 manat cərimə borcu qeyd edilmişdir. Banka borclu olduğu 18500,07 manat məbləğin, həmçinin xx.xx.2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə ediləcəyi bildirilmişdir.
16. xx.xx.2025-ci il tarixli maliyyə arayışında borcalan borc məbləği kimi 16877,51 manat əsas, 451,60 manat faiz, 211,85 manat cərimə borcu olmaqla, cəmi 17540,96 manat borc qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında borcalan borc məbləği kimi 3437,74 manat əsas, 403.02 manat faiz, 94,86 manat cərimə borcu olmaqla, cəmi 3935,62 manat borc qeyd edilmişdir.
18. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.
19. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. Hesablanmış faiz borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
23. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı QSC Cavabdeh1 ilə bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə xx.xx.2023-cü il tarixli, 017A********** saylı kredit razılaşması üzrə Cavabdeh1 İddiaçı QSC-yə hesablanmış və ödənilməmiş faiz borcu qismində 368,59 manat təşkil etmişdir. Buna görə də Cavabdeh1 İddiaçı QSC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır.
24. Beləliklə, iddia əsaslı olmaqla qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 017A********** saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 16877,51 manat kredit borcu, 451,60 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 17429,11 manat borc məbləği, xx.xx.2023-cü il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 3437,74 manat məbləğində kredit borcu, 368.59 manat məbləğində faiz borcu və 54 manat cərimə, cəmi 3860,33 manat borc məbləği tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Odur ki məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 16877,51 (on altı min səkkiz yüz yetmiş yeddi manat əlli bir qəpik) manat kredit borcu, 451,60 (dörd yüz əlli bir manat altmış qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 17429,11 (on yeddi min dörd yüz iyirmi doqquz manat on bir qəpik) manat borcu, xx.xx.2023-cü il tarixli, 017A********** saylı kredit razılaşması üzrə 3437,74 (üç min dörd yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində kredit borcu, 368.59 (üç yüz altmış səkkiz manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu və 54 (əlli dörd) manat cərimə, cəmi 3860,33 (üç min səkkiz yüz altmış manat otuz üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 154.43 (yüz əlli dörd manat qırx üç qəpik) manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə