Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1052/2025 05.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Leyla Hüseynzadə Vəliyəddin qızı, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. xx.xx.2023-cü il tarixli, 1871mieKPZ/23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit xətti açılmışdır.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 1871mieKPZ/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 1223,99 (bir min iki yüz iyirmi üç manat, doxsan doqquz qəpik) manat əsas, 62,52 (altmış iki manat, əlli iki qəpik) manat faiz, 50,44 (əlli manat, qırx dörd qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1336,95 (bir min üç yüz otuz altı manat, doxsan beş qəpik) manat məbləğində kredit borcu var.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1223,99 AZN əsas, 62,52 AZN faiz, 50,44 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1336,95 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 33,77 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti açılmış və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixinədək illik 26% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, “Borcverən” yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təminat üsulu kimi Cavabdeh2 ilə aralarında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 iyun 2025 tarixinə "xxxx" ASC-yə 1223,99 AZN əsas, 62,52 AZN faiz , 50,44 AZN cərimə, 0 AZN komisyon haqqi borcu olmaqla, cəmi 1336,95 AZN borcu yaranmışdır Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
6. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehlər ona qarşı qaldırılmış iddia barədə məhkəmə bildirişi təqdim edilməklə xx.xx.2025-ci il tarixində məlumatlandırılmışlar.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1871mieKPZ/23 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2025-ci il tarixədək illik 26% ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit təyin edilmişdir. Əsas öhdəliyin təminatı kimi xx.xx.2023-cü ildə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit müqaviləsi üzrə 13 iyun 2025-ci il tarixinə "xxxx" ASC-yə 1223,99 (bir min iki yüz iyirmi üç manat, doxsan doqquz qəpik) manat əsas, 62,52 (altmış iki manat, əlli iki qəpik) manat faiz, 50,44 ( dörd manat, əlli səkkiz qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1336,95 (bir min üç yüz otuz altı manat, doxsan beş qəpik) manat borcu yaranmışdır.
11. İşdə olan xx.xx.2023-cü il tarixli, 1871mieKPZ/23 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh1 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit xətti açılmışdır.
11. xx.xx.2023-cü il tarixli, 1871mieKPZ/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
12. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 1871mieKPZ/23 saylı kredit müqaviləsi üzrə cavabdehlərin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 1223,99 (bir min iki yüz iyirmi üç manat, doxsan doqquz qəpik) manat əsas, 62,52 (altmış iki manat, əlli iki qəpik) manat faiz, 50,44 ( əlli manat, qırx dörd qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1336,95 (bir min üç yüz otuz altı manat, doxsan beş qəpik) manat məbləğində kredit borcu var.
13. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.
14. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun tamamını cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
15. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1223,99 (bir min iki yüz iyirmi üç manat, doxsan doqquz qəpik) manat əsas, 62,52 (altmış iki manat, əlli iki qəpik) manat faiz, 50,44 ( əlli manat, qırx dörd qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1336,95 (bir min üç yüz otuz altı manat, doxsan beş qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 33,77 (otuz üç manat, yetmiş yeddi qəpik) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Yekun nəticə:
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq
qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1223,99 manat əsas, 62,52 manat faiz, 50,44 manat cərimə borcu olmaqla, cəmi 1336,95 (bir min üç yüz otuz altı manat, doxsan beş qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 33,77 (otuz üç manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə