Məhkəmə qərarları › İş №e-2(066)-1071/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1071/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1071/2025 14.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Gəncə filialı ilə Məmmədov Əhliman Əli oğlu arasında 10 yanvar 2020-ci il tarixli 029 saylı X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən, Məmmədov Əhliman Əli oğlu 994,44 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətinə bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Məmmədov Əhliman Əli oğlu ölmüşdür. Hazırki halda iddia onun vərəsəsi Cavabdeh qarşı yönəlmişdir.

Məhkəmədə icraat:

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Əhliman Əli oğlu arasında bağlanmış 10 yanvar 2020-ci il tarixli 029 saylı X3 üzrə 458,39 manat, faiz borcu 10,05 manat olmaqla, cəmi borc 468,44 manat borcun və ödənilməmiş 30 manat dövlət rüsumunun onun hüquqi varisi olan Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Gəncə filialı ilə Məmmədov Əhliman Əli oğlu arasında 10 yanvar 2020-cı il tarixli 029 saylı X3 bağlanmışdır. Həmin müqaviləyə əsasən, Məmmədov Əhliman Əli oğlu 994,44 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətinə bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür.Cavabdeh Məmmədov Əhliman Əli oğlu qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqaviləniin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Məmmədov Əhliman Əli oğlu Güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 10 yanvar 2020-ci il tarixli 029 saylı X2 əsasən cavabdeh Məmmədov Əhliman Əli oğlunun “Aqrarkredit" QSC-yə olan əsas borcu 458,39 manat faiz borcu 10,05 manat olmaqla, cəmi borc 468,44 manat təşkil edir. X7 Əli oğlu vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 405 saylı məktubuna əsasən mərhum Məmmədov Əhliman Əli oğlunun adına Göygöl rayon Notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 5-47-15/2-15/2025 saylı arayışına əsasən Məmmədov Əhliman Əli oğlu vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində mərhumun arvadı Cavabdeh yasayır. Həmin məktubdan göründüyü kimi Cavabdeh mərhum əri Məmmədov Əhliman Əli oğlunun qanunla müəyyən edilmiş müddət ərzində mirasından imtina etməmişdir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

4. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddiaya etiraz etdiyini bildirdi. Bildirdi ki, mərhum həyat yoldaşı işıq idarəsinin işçisi olub, krediti iş yoldaşı üçün götürüb. İki il ərzində bankın ona hər hansı məlumat vermədiyini qeyd edib.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

9. İşin faktiki halıdır ki, İddiaçı QSC BOKT ilə Məmmədov Əhliman Əli oğlu arasında10 yanvar 2020-ci il tarixdə ABB029 nömrəli X3 üzrə kredit müqaviləsində irəli gələn qarşılıqlı öhdəlikləri olmuş, kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmiş, X7 Əli oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

10. X5 Əli oğlu ölmüş, bundan sonra müvafiq qaydada kreditor müraciətinə əsasən Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən ünvanlanmış məktubdan görünür ki, mərhum Məmmədov X4 rayonunun Çaykənd kəndində ölən günədək özünə məxsus olan fərdi yaşayış evində yaşamışdır. Hal-hazırda həmin fərdi yaşayış evində mərhumun həyat yoldaşı Cavabdeh yaşayır.

11. xx.xx.2025-ci il tarixli vərəsə Cavabdeh ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar otaraq mərhum əri Məmmədov Əhliman Əli oğlunun “Azərbaycan Beynəlxalq Bankı” Asc-yə olan 3070,77 manat kredit borcun tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-GEN-175 saylı təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit keçmişdir və həmin borc İddiaçı QSC-nin Gəncə filialının balansına götürülmüşdür. Mərhum əri Məmmədov Əhliman Əli oğlunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın əhatə dairəsinə düşdüyü üçün 1202.91 manat borc restrukturizasiya edilərək Məmmədov Əhliman Əli oğlu ilə xx.xx.2020-ci il tarixli ABB029 saylı yeni müqavilə bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə götürülmüş kredit məbləğini və ona hesablanmış faiz borcunu qaytarmalı idi. Məmmədov Əhliman Əli oğlunun təşkilata xx.xx.2025-ci il tarixə götürülmüş kreditdən 458.39 manat vaxtı keçmiş əsas və 8.47 manat faiz borcu qalır.Göründüyü kimi məlum səbəblərdən müqavilə şərtlərinə Məmmədov Əhliman Əli oğlu tərəfindən əməl olunmamışdır. Bildirilmişdir ki, müqavilə şərtləri pozulduğu üçün bu günə olan vaxtı keçmiş əsas və faiz borclarının 10 ( on ) gün müddətə qaytarılmasını təmin edəsiniz.Əks təqdirdə Məhkəmə oraanlarına müraciət olunacaq, kredit vəsaiti və ona hesablanmış faiz mərhumun faktiki vərəsi olmaqla ondan tutulacaq və gələcəkdə barəsində məcburi icra tədbirləri görüləcəkdir.

12. 25 aprel 2025-ci il tarixli maliyyə arayışında borcalan borc məbləği kimi 458,39 manat əsas, 10,05 manat faiz borcu qeyd edilmişdir.

13. Hesablanmış faiz borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

14. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

15. Mülki işə əlavə edilmiş bildirişdən Məmmədov Əhliman Əli oğlunun “Aqrarkredit QSC-yə borcu ödənilməmiş əsas borc qismində 458,39 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 8,47 manat qeyd edilmişdir. Buna görə də Məmmədov Əhliman Əli oğlunun vərəsəsi Cavabdeh İddiaçı QSC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, bildiriş tarixədək hesablanmalıdır.

16. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir

18. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Məmmədov Əhliman Əli oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir.

19. Beləliklə, iddia əsaslı olmaqla qismən təmin edilməli, cavabdehdən 458,39 manat, əsas, 8,47 manat faiz, borcu olmaqla, cəmi 466,86 manat borcu yaranmışdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Odur ki ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 458,39 (dörd yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat əsas, 8,47 (səkkiz manat qırx yeddi qəpik) manat faiz, borcu olmaqla, cəmi 466,86 (dörd yüz altmış altı manat səksən altı qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar