Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1073/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4996 (dörd min doqquz yüz doxsan altı) manat, 64 (altmış dörd) qəpik əsas kredit borcu, 974 (doqquz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik faiz borcu, 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik cərimə olmaqla, cəmi 6635 (altı min altı yüz otuz beş ) manat, 97 (doxsan yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 89 (səksən doqquz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 84 ay müddətinə illik 25% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 06 iyun 2024-cü il tarixə Cavabdeh 4996 (dörd min doqquz yüz doxsan altı) manat, 64 (altmış dörd) qəpik əsas kredit borcu, 974 (doqquz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik faiz borcu, 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik cərimə olmaqla, cəmi 6635 (altı min altı yüz otuz beş ) manat, 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onunla İddiaçı ASC arasında bağlanmış 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 84 ay müddətinə illik 25% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Maddi imkanı olmadığına görə borcunu ödəməmişdir. Hesab edir ki, cərimə artıq hesablanmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 89 (səksən doqquz) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filalı ilə Cavabdeh arasında bağlanmış 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişindən və 05 may 2021-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 84 ay müddətinə illik 25% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişi üzrə orta aylıq ödəniş məbləği təqribən 206 (iki yüz altı) manat, 82 (səksən iki) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 06 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli müqaviləyə əsasən 4996 (dörd min doqquz yüz doxsan altı) manat, 64 (altmış dörd) qəpik əsas kredit borcu, 974 (doqquz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik faiz borcu, 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik cərimə olmaqla, cəmi 6635 (altı min altı yüz otuz beş ) manat, 97 (doxsan yeddi) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 06 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 4996 (dörd min doqquz yüz doxsan altı) manat, 64 (altmış dörd) qəpik əsas kredit borcu, 974 (doqquz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik faiz borcu, 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik cərimə olmaqla, cəmi 6635 (altı min altı yüz otuz beş ) manat, 97 (doxsan yeddi) qəpik borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik cərimə azaldılaraq 100 (yüz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişi üzrə cavabdehdən 662 (altı yüz altmış iki) manat, 80 (səksən) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 100 (yüz) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişinə əsasən bank borcluya 84 ay müddətinə illik 25% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 89 (səksən doqquz) manat manat dövlət rüsumuna görə 75 (yetmiş beş) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası qismən təmin edilsin. Cavabdeh 05 may 2021-ci il tarixli, AL/48528/80/29 nömrəli kredit sazişi (kredit müqaviləsi) üzrə 4996 (dörd min doqquz yüz doxsan altı) manat, 64 (altmış dörd) qəpik əsas kredit borcu, 974 (doqquz yüz yetmiş dörd) manat, 53 (əlli üç) qəpik faiz borcu, 100 (yüz) manat cərimə olmaqla, cəmi 6073 (altı min yetmiş üç) manat, 17 (on yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 562 (beş yüz altmış iki) manat 80 (səksən) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-1073/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1073/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver