Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1074/2024 26.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat, 84 (səksən dörd) qəpik əsas kredit borcun, 1446 (min dörd yüz qırx altı) manat, 50 (əlli) qəpik faiz borcu, 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik cərimə olmaqla, cəmi 10051 (on min əlli bir) manat, 57 (əlli yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 121 (yüz iyirmi bir) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, CC/16414/84/29 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 11500 (on bir min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 06 avqust 2023-cü il tarixə Cavabdeh 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat, 84 (səksən dörd) qəpik əsas kredit borcun, 1446 (min dörd yüz qırx altı) manat, 50 (əlli) qəpik faiz borcu, 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik cərimə olmaqla, cəmi 10051 (on min əlli bir) manat, 57 (əlli yeddi) qəpik borcu yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 121 (yüz iyirmi bir) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filalı ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, CC/16414/84/29 nömrəli kredit sazişindən və 08 iyun 2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 23% olmaqla 11500 (on bir min beş yüz) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 06 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, CC/16414/84/29 nömrəli müqaviləyə əsasən 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat, 84 (səksən dörd) qəpik əsas kredit borcun, 1446 (min dörd yüz qırx altı) manat, 50 (əlli) qəpik faiz borcu, 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik cərimə olmaqla, cəmi 10051 (on min əlli bir) manat, 57 (əlli yeddi) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 06 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh na 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat, 84 (səksən dörd) qəpik əsas kredit borcun, 1446 (min dörd yüz qırx altı) manat, 50 (əlli) qəpik faiz borcu, 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik cərimə olmaqla, cəmi 10051 (on min əlli bir) manat, 57 (əlli yeddi) qəpik borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik cərimə azaldılaraq 30 (otuz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 13 dekabr 2021-ci il tarixli, CC/16414/84/29 nömrəli kredit sazişi üzrə cavabdehdən 376 (üç yüz yetmiş altı) manat, 23 (iyirmi üç) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 30 (otuz) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, CC/16414/84/29 nömrəli kredit sazişinə əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 11500 (on bir min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 121 (yüz iyirmi bir) manat dövlət rüsumuna görə 110 (bir yüz on) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası qismən təmin edilsin. Cavabdeh 8228 (səkkiz min iki yüz iyirmi səkkiz) manat, 84 (səksən dörd) qəpik əsas kredit borcun, 1446 (min dörd yüz qırx altı) manat, 50 (əlli) qəpik faiz borcu, 30 (otuz) manat cərimə olmaqla, cəmi 9705 (doqquz min yeddi yüz beş) manat, 34 (otuz dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 110 (bir yüz on) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 346 (üç yüz qırx altı) manat, 23 (iyirmi üç) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(066)-1074/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1074/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver