Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1139/2023 27.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli, İK № 607/İST/2021 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə olan 2.545.72 AZN (iki min beş yüz qırx beş manat yetmiş iki qəpik) əsas, 242.87 AZN (iki yüz qırx iki manat səksən yeddi qəpik) faiz, 844.88 AZN (səkkiz yüz qırx dörd manat, səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 3.633.4 (üç min altı yüz otuz üç manat qırx yeddi qəpik) məbləğində borcun və tərəflərindən ödənilmiş 56.34 AZN (əlli altı manat, otuz dörd qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qeyd edilən cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəliki iclasında iştirak etmiş Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiasını qəbul etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddianı müdafiə etdiyini, Cavabdeh1 ilə İddiaçı ASC-nin Gəncə filialı arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli, İK № 607/İST/2021 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 20 % faiz olmaqla, 5000 (beş min) manat məbləğində kredit vəsaitinin verildiyini, buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əsasən, kreditin və kredit faizlərinin birgə borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edildiyini, 14 iyul 2022-ci il tarixli, İK № 607/İST/2021 saylı «Zaminlik müqaviləsi»nə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 21 dekabr 2021-ci il tarixli, İK № 607/İST/2021 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürdüklərini, lakin kredit müqaviləsinin şərtlərinə cavabdehlər tərəfindən əməl edilmədiyini, borclulara kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmıyaraq kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli, İK № 607/İST/2021 nömrəli kredit müqaviləsindən görünür ki, illik 20 % faiz olmaqla, 5000 (beş min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 14 iyul 2022-ci il tarixli, İK № 607/İST/2021 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh1 21 dekabr 2021-ci il tarixli, İK № 607/İST/2021 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 İK № 607/İST/2021 saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcu 2.545.72 AZN (iki min beş yüz qırx beş manat yetmiş iki qəpik) əsas, 242.87 AZN (iki yüz qırx iki manat səksən yeddi qəpik) faiz, 844.88 AZN (səkkiz yüz qırx dörd manat, səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 3.633.4 (üç min altı yüz otuz üç manat qırx yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Yenə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından, həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiklərinə görə 844.88 (səkkiz yüz qırx dörd manat, səksən səkkiz qəpik) manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq tətbiq olunmuş 844.88 AZN (səkkiz yüz qırx dörd manat, səksən səkkiz qəpik) məbləğində dəbbə pulunun miqdarını azaldaraq cavabdehlərdən 84 (səksən dörd) manat dəbbə pulu tutulmasını məqsədə müvafiq hesab edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2.545.72 AZN (iki min beş yüz qırx beş manat yetmiş iki qəpik) əsas, 242.87 AZN (iki yüz qırx iki manat səksən yeddi qəpik) faiz, 84 (səksən dörd) manat cərimə borcu olmaqla, cəmi borcu 2872.59 (iki min səkkiz yüz yetmiş iki manat əlli doqquz qəpik) məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 56.34 AZN (əlli altı manat, otuz dörd qəpik) məbləğində borc müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 56.34 AZN (əlli altı manat, otuz dörd qəpik) manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərlə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 2.545.72 AZN (iki min beş yüz qırx beş manat yetmiş iki qəpik) əsas, 242.87 AZN (iki yüz qırx iki manat səksən yeddi qəpik) faiz, 84 (səksən dörd) manat cərimə borcu olmaqla, cəmi 2872.59 (iki min səkkiz yüz yetmiş iki manat əlli doqquz qəpik) məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 56.34 AZN (əlli altı manat, otuz dörd qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar.Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23- 84 İş № 2(066)-1139/2023 27 oktyabr 2023-cü il İddiaçı ASC-yə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 85 Cavabdeh1 Göygöl şəhəri, M.P.Vaqif küçəsi ev 56 Cavabdeh3 Göygöl şəhəri, R.Nəsibov məhəlləsi ev 09, mənzil 15 Cavabdeh2 Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 12, mənzil 18 Göygöl Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(066)-1139/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti « 04 » vərəq. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №e-2(066)-1139/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1139/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver