Məhkəmə qərarları › İş №e-2(066)-1146/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1146/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1146/2025 04.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Leyla Hüseynzadə Vəliyəddin qızı, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. xx.xx.2024-cü il tarixli, 83nkGNDJ/24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21% ödəmək şərtilə 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində kredit xətti açılmışdır.

2. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 83nkGNDJ/24 saylı kredit müqaviləsi üzrə Cavabdehnun "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 2170,62 (iki min yüz yetmiş manat, altmış iki qəpik) manat əsas, 56,7 (əlli altı manat, yetmiş qəpik) manat faiz, 5,2 (beş manat, iyirmi qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2232.52 (iki min iki yüz otuz iki manat, əlli iki qəpik) manat məbləğində kredit borcu var.

Məhkəmədə icraat:

3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2170,62 AZN əsas, 56,7 AZN faiz, 5,2 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 2232.52 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 42,73 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixinədək illik 21% ödəmək şərtilə 2495 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, “Borcverən” yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 18 iyul 2025-ci il tarixinə "xxxx" ASC-yə 2170,62 AZN əsas, 56,7 AZN faiz , 5,2 AZN cərimə, 0 AZN komisyon haqqi borcu olmaqla, cəmi 2232.52 AZN borcu yaranmışdır Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.

6. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ona ünvanlanmış məhkəmə bildirişini xx.xx.2025-ci il tarixində almışdır.

Tətbiq edilən hüquq:

7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 83nkGNDJ/24 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2027-ci il tarixədək illik 21% ödəmək şərtilə 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində kredit təyin edilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 18 iyul 2025-ci il tarixinə "xxxx" ASC-yə 2170,62 (iki min yüz yetmiş manat, altmış iki qəpik) manat əsas, 56,7(əlli altı manat, yetmiş qəpik) manat faiz, 5,2(beş manat,) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2232,52 (iki min iki yüz otuz iki manat, əlli iki qəpik) manat borcu yaranmışdır.

11. İşdə olan xx.xx.2024-cü il tarixli, 83nkGNDJ/24 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 21% ödəmək şərtilə 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğində kredit xətti açılmışdır.

12. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 83nkGNDJ/24 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 2170,62 (iki min yüz yetmiş manat, altmış iki qəpik) manat əsas, 56,7 (əlli altı manat, yetmiş qəpik) manat faiz, 5,2 (beş manat, iyirmi qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2232.52 (iki min iki yüz otuz iki manat, əlli iki qəpik) manat məbləğində kredit borcu var.

13. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Bank tərəfindən göndərilən bildirişə əsasən müəyyən olunur ki, 83nkGNDJ/24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-yə 7 aprel 2025-ci il tarixə 2194,96(iki min yüz doxsan dörd manat, doxsan altı qəpik) manat əsas, 44,41(qırx dörd manat, qırx bir qəpik) manat faiz, 0,44(qırx dörd qəpik) manat cərimə olmaqla, cəmi 2239,81(iki min iki yüz otuz doqquz manat, səksən bir qəpik) manat məbləğində kredit borcu yaranmışdır.

14. Hesablanmış faiz borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

16. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi «X1» ASC X2 ilə bağlanmış müqavilə xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 2170,62 (iki min yüz yetmiş manat, altmış iki qəpik) manat əsas, 56,7 (əlli altı manat, yetmiş qəpik) manat faiz təşkil etmişdir. Buna görə də Cavabdeh «X1» ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır.

17. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2170,62 (iki min yüz yetmiş manat, altmış iki qəpik) manat əsas, 44,41(qırx dörd manat, qırx bir qəpik) manat faiz, 0,44(qırx dörd qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2215,47 (iki min iki yüz on beş manat, qırx yeddi qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 42,73 (qırx iki manat, yetmiş üç) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Yekun nəticə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-330, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq

qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2170,62 manat əsas, 44,41 manat faiz, 0,44 manat cərimə borcu olmaqla, cəmi 2232.52 (iki min iki yüz otuz iki manat, əlli iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 42,73 (qırx iki manat, yetmiş üç) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar