Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1167/2025 08.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Leyla Hüseynzadə Vəliyəddin qızı, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. İşdə olan xx.xx.2024-cü il tarixli, 442micGNDJ/24-EM saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə əlavə kredit müqaviləsi üzrə borcluya 47 ay müddətinə illik 23% ödəmək şərtilə 3518 AZN məbləğində kredit verilmişdir. Əsas öhdəliyin təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
2. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 442micGNDJ/24- EM saylı kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" KB ASC-yə xx.xx.2025-ci il tarixinə 3112,2(üç min yüz on iki manat, iyirmi qəpik) manat əsas, 322,84(üç yüz iyirmi iki manat, səksən dörd qəpik) manat faiz, 28,09(iyirmi səkkiz manat, doqquz qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3463,13(üç min dörd yüz altmış üç manat, on üç qəpik) manat məbləğində kredit borcu qeyd edilmişdir.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3112,2 AZN əsas, 322,84 AZN faiz, 28,09 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3463,13 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 55,04 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024 il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2024 il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 47 ay müddətinə illik 23% ödəmək şərtilə 3518 AZN məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-cimaddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsiüzrə tarixinə "xxxx" KB ASC-yə 3112,2 manat əsas, 322,84 manat faiz, 28,09 manat cərimə cəmi 3463,13 manat borcu yaranmışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
6. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə bildirişləri cavabdehlərə 7 avqust 2025-ci il tarixində çatdırılmışdır.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh3 hesabına xx.xx.2024-cü il tarixdə 442micGNDJ/24-EM nömrəli kredit müqaviləsinə əsasən illik 23% olmaqla xx.xx.2024-cü il tarixinədək 3518 AZN kredit köçürülmüşdür. Eyni zamanda Cavabdeh3 və Cavabdeh2 eyni müqavilə üzrə əsas öhdəliyin təminatı kimi zamin kimi öhdəlik götürmüşlər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 08 may 2025-ci il tarixinə "xxxx" ASC-yə 3112,2(üç min yüz on iki manat, iyirmi qəpik) manat əsas, 322,84(üç yüz iyirmi iki manat, səksən dörd qəpik) manat faiz, 28,09(iyirmi səkkiz manat, doqquz qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3463,13(üç min dörd yüz altmış üç manat, on üç) manat borcu qeyd edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, 442micGNDJ/24-EM nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh3 istehlak məqsədləri üçün 120 ay müddətinə illik 32% ödəmək şərtilə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024cü il tarixli əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 47 ay müddətinə, illik 23 % ödəmək şərtilə 3518 AZN məbləğində kredit verilmişdir.
12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 442micGNDJ/24-EM saylı kredit müqaviləsi üzrə cavabdehlərin "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 3112,2(üç min yüz on iki manat, iyirmi qəpik) manat əsas, 322,84(üç yüz iyirmi iki manat, səksən dörd qəpik) manat faiz, 28,09(iyirmi səkkiz manat, doqquz qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3463,13(üç min dörd yüz altmış üç manat, on üç) manat məbləğində kredit borcu qeyd edilmişdir.
13. xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmiş, borc olaraq 3112,2 manat əsas, 196,84 faiz, 8,87 AZN cərimə olmaqla, cəmi 3317,91 manat göstərilmişdir.
14. Hesablanmış faiz borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
16. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi «X1» ASC Cavabdeh3 ilə bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh3 «X1» ASC-yə borcu ödənilməmiş əsas borc qismində 3112,2 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 196,84 manat təşkil etmişdir. Buna görə də Cavabdeh1 «X1» ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır.
17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini faiz məbləği ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor əsas borca müqavilənin şərtləri nəzərə alınmaqla faiz borcu və cərimə borcu hesablamışdır. Buna görə də məhkəmə əsas, faiz və cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3112,2(üç min yüz on iki manat iyirmi qəpik) manat əsas, 196,84(yüz doxsan altı manat, səksən dörd) manat faiz, 28,09(iyirmi səkkiz manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3337,13(üç min üç yüz otuz yeddi manat on üç qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 55,04 (əlli beş manat, dörd qəpik) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Yekun nəticə:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3112,2 (üç min yüz on iki manat iyirmi qəpik) manat əsas, 196,84 (yüz doxsan altı manat, səksən dörd qəpik) manat faiz, 28,09 (iyirmi səkkiz manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3337,13 (üç min üç yüz otuz yeddi manat on üç qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 55,04 (əlli beş manat, dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə