Məhkəmə qərarları › İş №e-2(066)-1172/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1172/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1172/2024 28.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 13489 (on üç min dörd yüz səksən doqquz) manat, 08 (səkkiz) qəpik əsas borc, 516 (beş yüz on altı) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 14005 (on dörd min beş) manat, 38 (otuz səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 132 (bir yüz otuz iki) manat 02 (iki) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 72 (yetmiş iki) ay müddətə, illik 20 faiz ödmək şərti ilə 18069 (on səkkiz min altmış doqquz) manat, 42 (qırx iki) qəpik məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 oktyabr 2021-ci il tarixli Z-RGTK4272597A183 nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 01 avqust 2024-cü il tarixə İddiaçı ASC-yə 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsinə əsasən 13489 (on üç min dörd yüz səksən doqquz) manat, 08 (səkkiz) qəpik əsas borc, 516 (beş yüz on altı) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 14005 (on dörd min beş) manat, 08 (səkkiz) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdi və gösytərdi ki, maddi imkanları ağır olmasına görə müqavilə öhdəliklərini yerinə yetirə bilməmişlər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 132 (bir yüz otuz iki) manat 02 (iki) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsindən və məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 72 (yetmiş iki) ay müddətə, illik 20 faiz ödmək şərti ilə 18069 (on səkkiz min altmış doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli Z-RGTK4272597A183 nömrəli zaminlik müqaviləsindən görünür ki, Hüseynov X1 Orxan Arif oğlunun 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsi üzrə 01 avqust 2024-cü il tarixə 13489 (on üç min dörd yüz səksən doqquz) manat, 08 (səkkiz) qəpik əsas borc, 516 (beş yüz on altı) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 14005 (on dörd min beş) manat, 08 (səkkiz) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh1 01 avqust 2024-cü il tarixə, 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsi üzrə 13489 (on üç min dörd yüz səksən doqquz) manat, 08 (səkkiz) qəpik əsas borc, 516 (beş yüz on altı) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 14005 (on dörd min beş) manat, 08 (səkkiz) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85 (səksən beş) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 oktyabr 2021-ci il tarixli, RGTK4272597A183 saylı kredit müqaviləsi üzrə, 13489 (on üç min dörd yüz səksən doqquz) manat, 08 (səkkiz) qəpik əsas borc, 516 (beş yüz on altı) manat, 30 (otuz) qəpik faiz borcu olmaqla, cəmi 14005 (on dörd min beş) manat, 38 (üç səkkiz) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.

2. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 132 (bir yüz otuz iki) manat 02 (iki) qəpik pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar