Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1186/2025 15.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Leyla Hüseynzadə Vəliyəddin qızı, iddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. xx.xx.2019-cu il tarixli, BPM**********94 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Rüstəmov Xaliq Eyyub oğluna 19 ay müddətinə illik 24% ödəmək şərtilə 1380 (min üç yüz səksən) manat məbləğində verilmişdir. Rüstəmov Xaliq Eyyub oğlu 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Rüstəmov Xaliq Eyyub oğlunun vərəsəsi Cavabdehdur.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, BPM**********94 saylı kredit müqaviləsi üzrə borclunun "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 169,99(yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat əsas, 26,07( iyirmi altı manat, yeddi qəpik) manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 196,06(yüz doxsan altı manat, altı qəpik) manat məbləğində kredit borcu qeyd edilmişdir.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Rüstəmov Xaliq Eyyub oğlunun vərəsəsi X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 169.99 (yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat əsas borcu, 26.07 ( iyirimi altı manat, yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 196.06 (yüz doxsan altı manat, altı qəpik) manat borcun və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Rüstəmov Xaliq Eyyub oğlu oğlu arasında xx.xx.2019-cü il tarixli BPM**********94 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Rüstəmov Xaliq Eyyub oğlu oğluna illik 24 %-lə, 19 ay müddətinə 1380 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Rüstəmov Xaliq Eyyub oğlu oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Rüstəmov Xaliq Eyyub oğlu oğlundan qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Rüstəmov Xaliq Eyyub oğlu oğlunun Banka ödənilməmiş nəğd kredit üzrə 169.99 manat əsas borcu və 26.07 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum Rüstəmov Xaliq Eyyub oğlu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
6. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdeh ona qarşı qaldırılmış iddia barədə xx.xx.2025-ci il tarixində məlumatlandırılıb.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə Rüstəmov Xaliq Eyyub oğlu oğlu arasında xx.xx.2019-cü il tarixli BPM**********94 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Rüstəmov Xaliq Eyyub oğlu oğluna illik 24 %-lə, 19 ay müddətinə 1380 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Rüstəmov Xaliq Eyyub oğlu oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Rüstəmov Xaliq Eyyub oğlu oğlundan qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Rüstəmov Xaliq Eyyub oğlunun Banka ödənilməmiş nəğd kredit üzrə 169.99 manat əsas borcu və 26.07 manat faiz borcu qeyd edilmişdir. Cavabdeh mərhum Rüstəmov Xaliq Eyyub oğlu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
11. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən borc verən borc alana 19 ay müddətinə 1380 azn məbləğində, illik 24% faiz ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə göstərilən şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
12. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rüstəmov Xaliq Eyyub oğlu 11 dekabr 2020-ci il taridə vəfat etmişdir. 18 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Rüstəmov Xaliq Eyyub oğlunun vərəsəsi Cavabdehdur.
13. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 169,99(yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat əsas, 26,07(iyirmi altı manat, yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 196,06(yüz doxsan altı manat, altı qəpik) manat məbləğində kredit borcu var.
14. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.
15. Mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Rüstəmov Xaliq Eyyub oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir.
16. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 169,99(yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat əsas, 26,07(iyirmi altı manat, yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 196,06(yüz doxsan altı manat, altı qəpik) manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Yekun nəticə:
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq
qətetdi: İddia təmin edilsin. Cavabdeh 169,99(yüz altmış doqquz manat, doxsan doqquz qəpik) manat əsas, 26,07(iyirmi altı manat, yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 196,06(yüz doxsan altı manat, altı qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə