Məhkəmə qərarları › İş №e-2(066)-1200/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1200/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1200/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas; borc olmaqla cəmi 2575,60 borcun və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219,2 manat borcun, ödənilmiş 47,95 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2700 manat nağd və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ona 300 manat məbləğində kart kredit limiti verilmişdir. X3 11 iyun 2023-cü il tarixdə ölmüşdür. Notaris ofisindən alınmış məlumata əsasən X1 miras əmlakına Cavabdeh 27 dekabr 2023-cü il tarixli, 2V-1301, 2V-1301 və 2V-1301 reystr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. 09 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən X1 "xxxx" ASC-nin xeyrinə BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas; borc olmaqla cəmi 2575,60 borcun və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219,2 manat borcu yaranmışdır. Bank tərəfindən mirası qəbul etmiş vərəsə Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsi əsasən 2700 manat nağd və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ona 300 manat məbləğində kart kredit limiti verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehin 09 avqust 2024-cü il tarixə X1 "xxxx" ASC-nin xeyrinə BPM**********018 saylı 09 mart 2023cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas; borc olmaqla cəmi 2575,60 borcun və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219,2 manat borcu yaranmışdır. İşdə olan BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən X2 illik 21 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. İşdə olan BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən X2 300 manat məbləğində kredit limiti verilmişdir. İşdə olan 09 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 "xxxx" ASC-nin xeyrinə BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas; borc olmaqla cəmi 2575,60 borcun və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219,2 manat borcu yaranmışdır. İşdə olan cavabdeh 27 dekabr 2023-cü il tarixli, 2V-1301, 2V-1301 və 2V-1301 reystr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh X1 miras əmlakın qəbul etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas borc olmaqla cəmi 2575,60 borcun və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219,2 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 47,95 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********018 saylı 09 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2575,60 manat əsas borc olmaqla cəmi 2575 (iki min yeddi yüz yetmiş beş) 60 (altmış) qəpik və BPM**********74 saylı, 04 iyun 2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən 218,97 manat əsas borc, 0,05 qəpik faiz borcu olmaqla cəmi 219 (iki yüz on doqquz) manat, 20 (iyirmi) qəpik məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov. İş № 2(066)-1200/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 30 sentyabr 2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəfindən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 11:15-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:20-də başa çatdırdım. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar