Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1340/2024 07.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-»Bank VTB (Azərbaycan)» ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında "Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə" əsasən tel:24.12.2021xx.xx.2021-ci il tarixli 337911-CNS- 30480 saylı "Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi" əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən tel:09.09.2024xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 606,89 manat məbləğində əsas borc, 43,61 manat məbləğində faiz borcu, 16,50 manat məbləğində cərimə üzrə borcun, ümumilikdə 667 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) "Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə əsasən tel:24.12.2021xx.xx.2021-ci il tarixli "Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2070 manat məbləğində kredit ("Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri"nin 7.25.3-cü bəndinə əsasən kredit alanın "cari hesabın" dan "kart hesabı"na köçürülməklə) ona verilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini tel:09.09.2024xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 667 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan"ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını ("Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 11.1.3-cü bəndinə əsasən "Ödəniş cədvəli" ilə müəyyən edilən müddətlər "Kredit alan" tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir") tələb etmək hüququ vardır. Cavabdeh tərəfindən imzalanmış tel:24.12.2021xx.xx.2021-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən müəyyən edilir ki, "Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri" ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. "Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri"nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni "Kredit alan"ın vəzifəsidir (10.3.14-cü bənd). "Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtlərinin müvafiq bəndinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə, nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə-Razılaşmada göstərilən cərimə tətbiq edilir. tel:24.12.2021xx.xx.2021- ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli 337911-CNS-30480 №-li “Nağd pul krediti müqaviləsi”ndən görünür ki, İddiaçı ASC Cavabdeh istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi isə 26 % olmaqla 2070 (iki min yetmiş) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 606,89 (altı yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 43,61 (qırx üç manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 16,50 (on altı manat əlli qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 667 (altı yüz altmış yeddi) manat məbləğində kredit borcu var. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə doğulmuşdur. Göygöl RİHB-nın Göygöl şəhər İƏD üzrə nümayəndəliyinin 21 oktyabr 2024-cü il tarixli, 5-47-10/2-16-230/2024 nömrəli məktubunda Cavabdeh bildirişin çatdırılmasının təmin edilməsi qeyd olunmuşdur. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında (https://vtb.az/aboutbank/documents/ saytına yerləşdirilmiş) "Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinə əsasən tel:24.12.2021xx.xx.2021-ci il tarixli "Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış xx.xx.2021-ci il tarixli 337911-CNS-30480 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh ("Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri"nin 7.25.3-cü bəndinə əsasən kredit alanın "cari hesabın" dan "kart hesabı"na köçürülməklə) ona 36 (otuz altı) ay müddətinə 2070 (iki min yetmiş) manat məbləğində kredit verilmiş, kreditdən istifadəyə görə illik faiz dərəcəsi isə 26 % (iyirmi altı faiz) müəyyən edilmişdir. Cavabdeh həmin kredit məbləğini illik 26 % (iyirmi altı faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 606,89 (altı yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 43,61 (qırx üç manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 16,50 (on altı manat əlli qəpik) manat məbləğində cərimə üzrə borc, ümumilikdə 667 (altı yüz altmış yeddi) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 606,89 (altı yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 43,61 (qırx üç manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 16,50 (on altı manat əlli qəpik) manat məbləğində cərimə üzrə borc, ümumilikdə 667 (altı yüz altmış yeddi) manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 606,89 (altı yüz altı manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 43,61 (qırx üç manat altmış bir qəpik) manat məbləğində faiz borcu, 16,50 (on altı manat əlli qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla ümumilikdə 667 (altı yüz altmış yeddi) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1340/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə sadələşmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 12:00-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:15-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1340/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1340/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver