Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1367/2024 17.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində borca pul vermişdir. Bu barədə onlar 03 noyabr 2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində müqavilə bağlamışlar. Cavabdeh 10000 (on min) manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Bundan başqa cavabdehə pretenziya qaydasında bildiriş göndərilmişdir və iddia ərizəsinə qəbzlə birlikdə əlavə edilmişdir. Ona görə də, Cavabdeh 10000 (on min) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini, cavabdehin hazıradək iddiaçıya olan borcundan ödəniş etməməsini, cavadehdən 10000 (on min) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş emişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və İddiaçı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və iddiaçının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli Gəncə şəhər 5 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təstiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı cavabdeh X2 10000 (on min) manat məbləğində borca pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borcalan borcu xx.xx.2023-cü tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halı bundan ibarətdir ki, xx.xx.2023cü il tarixədək qaytarmaq şərti ilə 03 noyabr 2021-ci il tarixdə İddiaçı Cavabdeh 10000 manat borc pul vermişdir. Bu barədə Gəncə şəhər 5 saylı Notariat Ofisində borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh müqavilədə şərtləndirilmiş xx.xx.2023-cü il tarixədək borcunu qaytarmadığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh öhdəliyini icra etməli olduğu tarixdən bir il müddətdə borc pul məbləğinin ödənilməsini gecikdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri sərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qanunvericiliyin tələbləri baxımından məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 10000 (on min) manat borc məbləği, vəkil xidmət haqqı üçün ödənilən 330 (üç yüz otuz) manat, məhkəmə xərci olaraq 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla ümumilikdə 10450 (on min dörd yüz əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilmiş hissəsi nəzərə alınmaqla ödənilmiş 120 manat dövlət rüsumunun və vəkil xidmət haqqı üçün ödənilən 330 (üç yüz otuz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat borc məbləği, vəkil xidmət haqqı üçün ödənilən 330 (üç yüz otuz) manat, məhkəmə xərci olaraq 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla ümumilikdə 10450 (on min dörd yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1367/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1367/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver